Mahatma Qandini ətraflı təqdim etməyə ehtiyac yoxdur. Hindistanda onun adı müqəddəslərin adına bərabər tutulur.
Bütün dünya öz ölkəsini 1947-ci ildə Britaniya hökümətindən azad edən insanı tanıyır.
Bu məqalədə biz sizə Mahatma Qandinin dünyanı necə dəyişə bilərik haqqında verdiyi məsləhətləri sizə təqdim edəcəyik.
1. Özümüzü dəyişmək
«Dünyada görmək istədiyin dəyişiklik ol»
Əgər siz öz fikirlərinizi dəyişsəniz, sizin hissləriniz və hərəkətləriniz də dəyişəcək. Və bunun sayəsində sizi əhatə edən dünya da dəyişəcək.
2. Özünüzü idarə etməyi öyrənin
«Mənim icazəm olmadan, heç kəs mənə ziyan vura bilməz»
Sizin nə hiss etdiyiniz və necə reaksiya verməyiniz yalnız sizin özünüzdən asılıdır. Müxtəlif hadisələrdə özünüzü necə aparmağın «şablonları» mövcud ola bilər, lakin əksər hallarda siz nə fikirləşəcəyinizi və demək olar ki, hər şeyə qarşı nə fikirləşəcəyinizi özünüz seçə bilərsiniz.
Ola bilər ki, siz buna dərhal nail olmadınız və əvvəlki kimi fikirləşmək vərdişi sizi tərk etməsin.
Lakin tədricən siz həqiqətən də heç kəsin sizin hisslərinizi idarə edə bilməyəcəyini anlayacaqsınız. Və bu düşüncə tərzini gündəlik həyatınızda istifadə edə biləcəksiniz.
3. Bağışlayın və unudun
«Zəif olan heç vaxt bağışlamır. Bağışlamaq bacarığı güclü olanın xüsusiyyətidir».
« «Dişə diş» prinsipi bütün dünyanı kor edə bilər ».
Pisə pislik ilə qalib gəlmək olmaz. Siz nəyə necə münasibət göstərəcəyinizi özünüz seçirsiniz.
Əgər siz bağışlamırsınızsa, o zaman öz keçmişinizə və bağışlamadığınız insana sizin hislərinizi idarə etməyə imkan verirsiniz. Bağışlayaraq siz bu zəncirlərdən qurtulacaqınız.
4. Fəaliyyətsiz qalaraq siz heç nəyə nail ola bilməzsiniz
«Öz təcrübənizin bir qramı başqalarının məsləhətlərinin on tonlarından daha dəyərlidir»
Əgər siz heç nə etməsəniz, çətin ki, nəyəsə nail olasınız. Siz fikirləşərək özünüzə təsəlli tapa bilərsiniz. Və yaxud sonsuza qədər oxuyub təhsil alaraq. Və sizə elə gələcək ki, siz irəliləyirsiniz.
Lakin sizin heç bir həqiqi nəticəniz olmayacaq.
Beləliklə, həqiqətən də nəyəsə nail olmaq üçün, özünüzü və öz aləminizi başa düşmək üçün sizə təcrübə lazımdır. Kitablar sizə biliklər verəcəklər. Lakin bacarıqları siz ozünüz qazanmalısınız.
Siz fəaliyyət göstərməli və biliklərinizdən istifadə edərək bacarıqlar əldə etməlisiniz.
5. Bu gün ilə yaşayın
«Mən gələcəyi təxmin etmək istəmirəm. Məni bugünkü gün narahat edir. Tanrı mənə gələcəkdə olacaqları idarə etmək bacarığı verməyib»
Siz bu gününüz ilə yaşasanız, gələcəkdə olacaqlara görə narahatlıq hiss etməyəcəksiniz. Çünki siz heç bir halda gələcəkdə olacaqları idarə edə bilməzsiniz. Siz keçmişdə yaşadığınız uğursuzluqlarınızdan və ya gələcəkdə baş verəcəklərdən qorxaraq heç nə etməsəniz, uduzacaqsınız.
İndiki zamana köklənin və fəaliyyətinizdə özünüzü ən yaxşı tərəfdən göstərin.
6. Biz sadəcə insanıq
«Mən adi insan olduğunu bəyan edirəm. Hər bir insana olduğu kimi mənə də yanılmaq məxsusdur. Lakin mən öz səhvlərimi etiraf edə bilirəm»
«Öz müdrikliyindən əmin olmaq müdriklik deyil. Ən güclü olanın zəiflik göstərə biləcəyini və ən müdriyin səhv buraxacağını qəbul etmək lazımdır»
Siz hər hansısa insanları ideallaşdırmağa başlayanda, özünüzü onlardan ayırmaqla risk edirsiniz. Sizdə elə bir təəssurat yarana bilər ki, siz onlardan fərqli olaraq, heç vaxt uğur qazana bilməyəcəksiniz, çünki onlardan çox fərqlənirsiniz.
Buna görə bizim hər birimizin həyatda kim olmağımızdan asılı olmayaraq adi insan olduğumuzu unutmaq lazım deyil.
7. İnsanlarda yaxşılıq axtarın və onlara kömək edin
«Mən insanlarda ancaq yaxşılıq axtarıram. Mən özüm də günahsız deyiləm. Və buna görə başqalarının səhvlərinə diqqət yetirməyə haqqımın olmadığını düşünürəm»
Hər bir insanda müsbət və mənfi tərəflər var. Lakin siz hər zaman nəyə diqqət ayıracağınızı seçə bilərsiniz.
Əgər siz müsbət dəyişiklilərə nail olmaq istəyirsinizsə, insanların müsbət tərəflərinə köklənin. Bu sizin həyatınızı yaxşılaşdıracaq, çünki sizin insanlarla münasibətləriniz daha pozitiv və xoş olacaq.
8. Səmimi olun və daim özünüz olun
«Əgər sizin düşüncələriniz, dedikləriniz və etdikləriniz balans təşkil edirsə, bu böyük bir xoşbəxtlikdir»
Siz insanlarla ünsiyyətdə səmimi olmalısınız.
Əgər sizin sözləriniz və hərəkətləriniz düşüncələrinizə uyğundursa, siz daxili rahatlıq tapacaqsınız. Əgər siz həqiqətən də səmimisinizsə, insanlar sizə qulaq asmaq istəyəcəklər. Çünki sizin danışığınızda yalan, ikiüzlülük, ziddiyyət olmayacaq.
Lakin əgər sizin hərəkətləriniz, dedikləriniz düşüncələrinizə uyğun olmayacaqsa, siz uğura nail ola biləcəyinizə inamınızı itirəcəksiniz. Digər insanlar da sizə olan inamını itirəcəklər. Özünüzü aldatmayın.
9. İnkişaf etməyə davam edin
«Daim inkişaf etmək həyatın qanunudur»
Siz hər zaman öz bacarıqlarınızı yaxşılaşdıra, vərdişlərinizi və nəzər nöqtənizi dəyişə bilərsiniz. Siz öz təbiətinizi və sizi əhatə edən aləmi daha dərindən başa düşməyə nail ola bilərsiniz.