26 C
Baku
Tuesday, April 30, 2024

“Holcim Azerbaijan” 7 vəzifə üzrə vakansiya elan edib

Holcim (Azərbaycan) ASC-də iş imkanları.

Holcim (Azərbaycan) ASC LafargeHolcim Qrupunun üzvüdür

Lafarge Holcim Qrup, dünyanın 90-dan çox ölkəsində, 110,000-dən çox işçisi ilə fəaliyyət göstərərək, sement, hazır beton və aqreqatlar istehsalında, həmçinin paylanmasında dünya liderlərindən biridir.


1. Reklam və Təqdimatlar üzrə Mütəxəssis

Şöbə: Marketinq

İş vaxtı: Tam iş vaxtı

Vəzifə öhdəlikləri:

 Bütün reklam fəaliyyətləri və funksiyaları üçün tam məsuliyyət daşımaq; bütün ödənişli və özəl media kanalları üçün müəyyən edilmiş büdcələr daxilində marka barədə məlumat hazırlamaq; satışı maksimum artırmaq məqsədi ilə reklam strategiyası və proqramlarını hazırlayıb istiqamətləndirmək.
 Marketinq planlarını və təqdimatları dəstəkləmək üçün marketinq rəhbərliyi ilə koordinasiyalı reklam strategiyasını inkişaf etdirmək; Kampaniyaları inkişaf etdirmək üçün büdcə hazırlamaq və proqramların qiymətini hesablamaq; əməliyyat büdcəsini hazırlamaq; illik büdcənin hazırlanmasında iştirak etmək.
 Büdcəni və xərcləri izləmək, hər bir kampaniyanin özünü doğrultma dərəcəsini qiymətləndirmək.

 Həvəsləndirici, onlayn və çap marketinq kompaniyalarını inkişaf etdirmək, planlaşdırmaq və tətbiq etmək.

 Paylamaq üçün kataloqlar, bülletenlər, broşürlər və ya məlumat kitabçaları kimi təbliğat ədəbiyyatları tərtib və inkişaf etdimək; hazırlanma, çap və paylama mərhələsinə qədər olan bütün prosesi koordinasiya etmək.

 Dizayn və yaradıcı agentliklərlə əməkdaşlıqlaryaratmaq

 Məhsulun işə salınmasına kömək: daxili təlim, satış materiallarının paylanması, bütün satış kataloqlarının və təqdimatlarının yenilənməsi, bazarlara çıxan kampaniyalar, sosial reklamların və digər kommunikasiyaların yaradılması və s. kimi şirkətin onlayn varlığını, redaktə dizaynını və şirkətin nəşrlərini təşkil etmək üçün dəyərli məzmun yaratmaq.

 Fürsət sahələrini müəyyən edərək, təyin olunmuş xərcləri və resursları optimallaşdıraraq media kanalını idarə etmək. Tərəfdaşlıq əlaqələrinə aid ünsiyyət materiallarını inkişaf etdirməyə kömək etmək.

 İctimai media nüfuzunu və tanınmasını yaxşılaşdırmaq üçün LinkedIn, Facebook və s. kimi ictimai media saytlarında məlumatları idarə etmək, yeniləmək və istifadəçilərlə (birbaşa proqramlar da daxil olmaqla) əlaqə yaratmaq.

 Yeni xidmət və məhsulların müştərilərə və işçilərə göstərişi zamanı təqdimat və nümayişi dəstəkləməni təmin etmək.
 Bütün funksional şöbələrin marketinq hədəfləri barədə məlumatlı olmaları üçün onlarla effektiv daxili ünsiyyətdə olmaq.  Mövcud xidmət təchizatçılarını, fürsətləri, müvafiq ədəbiyyatları və digər şirkətlərin təcrübələrini öyrənməklə tendensiya və inkişafla ayaqlaşmaq üçün marketinq fəaliyyətini tədricən genişləndirmək.
 Həmkarları ilə aktiv əməkdaşlıq etmək, şöbədə digər proseslərdə iştirak etmək, dəyişikliklər məsləhət görməklə nəticələrin keyfiyyətini yüksəltmək.

Tələb olunan keyfiyyətlər:

 Marketinq sahəsində minimum 3 illik iş təcrübəsi;
 Marketinq sahəsində bakalavr dərəcəsi arzuolunandır;
 Mükəmməl Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
 İnsanlarla yaxşı münasibət qurma bacarığı və bu münasibətləri inkişaf etdirmə qabiliyyəti;
 Çoxfunksiyalı işlər görə bilmə qabiliyyəti ilə mükəmməl təşkilatçılıq və vaxtın idarəolunması bacarığı;
 Ölkə daxilində səyahət etmə imkanları;
 Yaradıcılıq, təxəyyül və təşəbbüskarlıq qabiliyyətləri;
 Komandada yaxşı işləmək, analitik və problemlərin həlli bacarıqları.

Prosedur:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Reklam və Təqdimatlar üzrə Mütəxəssis” yazmaqla aze-hr- [email protected] ünvanında yerləşdirə bilərlər.
Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

CV-lərin son qəbul tarixi: 8 iyun 2018


2. Marketinq üzrə Analitik

Şöbə: Marketinq

İş vaxtı: Tam iş vaxtı

Vəzifə öhdəlikləri:

Bu vəzifədə siz istehlakçılar, rəqiblər və bazarın vəziyyəti haqqında məlumatları araşdıracaq və toplayacaq, marketinq və satış trendini müşahidə edərək proqnozlar verəcəksiniz. Eyni zamanda, marketinq proqramlarının və strategiyalarının effektliyini ölçəcək, mürəkkəb məlumatları və tapıntıları rahat anlaşılan cədvəllər, qrafiklər və yazılı məruzələrə çevirərək nəticələri şirkətin xidmət və məhsullarını bazara çıxarmağa komək etmək üçün müştərilərə və rəhbərliyə məruzə edəcəksiniz.

 Büdcənin hazırlanması və kampaniyaların inkişaf planının qiymətləndirilməsi;illik büdcənin hazırlanmasına köməklik göstərmək.
 Xərclərin bedcəyə uyğunluğunu izləmək,hər bir kampaniyanin özünü doğrultma dərəcəsini qiymətləndirmək.
 İstehlakçılar, rəqiblər və bazar barədə məlumatlar toplamaq, bu məlumatları məruzələr, təqdimatlar və tətbiq oluna bilən formada cəmləşdirmək.
 Sorğu, səs vermə və araşdırmalar kimi məlumat toplama metodlarını hazırlamaq və qiymətləndirmək.
 Bütün satış və marketinq məlumatlarını izləmək və ətraflı yazılı məruzə və şifahi təqdimat hazırlamaq və rəhbərliyə məruzə etmək.
 Məhsulların satış xətlərini və qiymətlərini satış, xərclər və yeni biznes məlumatlarını analiz edərək izləmək.
 Satış və marketinq şöbələrini satış məlumatları, bazar trendi, proqnozlar, mühasibat analizləri və yeni məhsul məlumatları ilə mütəmadi təmin etmək.
 Marketinq kampaniyaları və strategiyalarını toplanmış məlumatlar və digər əks əlaqələrə əsasən tənzimləmək.
 Davamlı, tam inteqrasiya edilmiş marka təcrübəsi çatdırdığımızdan əmin olmaq üçün, müxtəlif funksional şöbələrlə əməkdaşlıq etmək və bütün platformalara məlumat vermək.
 Bütün funksional şöbələrin marketinq hədəfləri barədə məlumatlı olmaları üçün onlarla daim ünsiyyətdə olmaq.
 Həmkarlar ilə aktiv əməkdaşlıq etmək, şöbədə digər proseslərdə iştirak etmək, dəyişikliklər məsləhətlərlə nəticələrin keyfiyyətini yüksəltmək.

Tələb olunan keyfiyyətlər:

● Ən azı 3 illik iş təcrübəsi;
● Marketinq sahəsində minimum bakalavr dərəcəsi;
● Mükəmməl Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
● Ənənəvi və yeni yaranan marketinq kanalları ilə sıx əlaqə;
● Güclü analitik və layihələrin idarə etmə qabiliyyəti;
● Büdcəni idarə etmə bacarığı və təcrübəsi;
● Özünə inam və dinamiklik;
● Çox güclü ünsiyyət və qərar qəbul etmə qabiliyyəti;
● Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
● Tikinti materialları ilə əlaqəli marketinq və satış təcrübəsi arzuolunandır.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Marketinq üzrə Analitik” yazmaqla, aze-hr- [email protected] ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

CV-lərin son qəbul tarixi: 8 iyun 2018


3. Kreditorlarla Hesablaşma üzrə Mühasib

Şöbə: Maliyyə

İş vaxtı: Tam iş vaxtı

Əsas öhdəlikləri və vəzifələri:

 Təchizatçıların qaimə fakturalarının vaxtında həm yerli, həm də BMS hesablara göndərilməsinin təşkili;
 Artım və qabaqcadan olan ödənişlərin və digər əlaqəli QV-lərin işlənməsi;
 Təchizatçıların balanslarının üzləşdirilməsi;
 Debitor və kreditorlar haqqında hesabatlar; ƏDV hesabatlarının hazırlanmasına dəstək;
 Satınalma şöbəsi ilə ödəniş şərtlərinin əlaqələndrilməsi;
 Kreditorların balanslarının müntəzəm olaraq üzləşdirilməsi;
 Həftəlik ödəniş hesabatlarının hazırlanması;
 Qaimə fakturaların vaxtında göndərilməsinin və təsdiq barədə bütün sənədlərin alınmasının təmin edilməsi;
 Hər bir kreditor üçün müvafiq sənədlərin fayl şəklində saxlanması;
 Hesasbatların və təchizatçı qaimə fakturaların vaxtında və səhvsiz hazırlanması;
 Təhlükəsizlik qaydalarına riayət edilməsi.

Tələb olunan keyfiyyətlər:

 Mühasibatlıq üzrə minimum bakalavr dərəcəsi;
 Mühasibatlıq sahəsində 5 illik iş təcrübəsi;
 Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
 Kompüter bacarıqları: MS Office, SAP və.s.
 Strateji uyğunlaşma; problemlərin təhlili və həlli; biznes və maliyyə işgüzarlığı bacarıqları.
 İşin icrasını idarə etmək; müştəriyə diqqət göstərmək; fəallıq, dəyişiklikləri və yeniliklikləri dəstəkləmək.

Holcim (Azərbaycan) ASC-də iş imkanları.

Holcim (Azərbaycan) ASC LafargeHolcim Qrupunun üzvüdür

Lafarge Holcim Qrup, dünyanın 90-dan çox ölkəsində, 110,000-dən çox işçisi ilə fəaliyyət göstərərək, sement, hazır
beton və aqreqatlar istehsalında, həmçinin paylanmasında dünya liderlərindən biridir.

 Əla ünsiyyət; əməkdaşları cəlb etmək, inkişaf etdirmək və ruhlandırmaq; əlaqələr və şəbəkələri genişləndirmək; komanda ilə birgə işləmək və əməkdaşlıq munasibətlərini artirmaq bacarıqları.
 Öyrənmək və tətbiq etmək; inam və etimad yaratmaq qabiliyyəti.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Kreditlər üzrə Mühasib” yazmaqla, aze-hr- [email protected] ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 1 iyun 2018


4. Marketinq və Biznesin İnkişafı üzrə Mütəxəssis

Şöbə:  Marketinq

İş vaxtı:  Tam iş vaxtı

Vəzifə öhdəlikləri:

● Marketinq şöbəsinin rəhbərliyi və heyəti ilə marketinq strategiyası və proqramlarının icrası konsepsiyasında əməkdaşlıq etmək. Mövcud və yeni strategiyalar, xidmətlər, məhsulları inkişaf etdirmək,dəstəkləmək və paylaşmaq;
● Mövcud bazar təklifləri üzrə rəqabət təhlili aparmaq; bazar tendensiyalarını, qiymətləri / biznes modellərini, satış və əməliyyat üsullarını, marketinq strategiyalarını formalaşdırmaq üçün digər müvafiq məlumatları təmin etmək;
● Məhsulun inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla mükəmməl marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
● Potensial yeni satış kanalları və müştəri kəşf etmək və bunu artan biznesə çevirmək. Kanalların, yaxud müştərilərin ehtiyacları, nigaranlığı və istəklərindən ibarət danışıq təkliflərini inkişaf etdirmək üçün komanda ilə işləmək. Xidmətlərin həyata keçirilməsində və qiymətləndirilməsində iştirak etmək;
● Müxtəlif  funksiyalar üzrə əməkdaşlarla işləyərək ardıcıl və inteqrasiya edilmiş markalı təcrübələrin bütün platformalara çatdırılmasını təmin etmək. Şirkətin digər müvafiq funksiyalarının marketinqin  məqsədləri barədə məlumatlandırılmasını təmin etmək üçün onlarla effektiv daxili əlaqələri möhkəmləndirmək;
● Şirkətin mövcud təkliflərini (məhsullarını və xidmətlərini) nəzərdən keçirməklə yanaşı,yeni məhsulların / xidmətlərin inkişaf proseslərini əhatə etmək və qismən öz proseslərini də həyata keçirməyə təşəbbüs etmək;
● Rəqəmsal marketinq təşəbbüslərini optimallaşdırmaq və marketinqin aktivləşdirilməsində ROİ və digər əsas ölçü üsullarını təhlil etmək üçün rəqəmsal alətlər və platformalar ilə iş imkanlarını nəzərdən keçirmək və qiymətləndirmək. Cari mühitdə rəqəmsallaşmanın səviyyəsini anlamaq və gələcək təhlükələri qiymətləndirmək. Rəqəmsal texnologiyalardan istifadə edərək müştəri cəlb etmək və  daha çox mənfəətə nail olmaq

Tələb olunan keyfiyyətlər:

● Ən azı 5 illik iş təcrübəsi;
● Marketinq üzrə minimum bakalavr dərəcəsi;
● Mükəmməl Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
● Müxtəlif funksiyalı komanda ilə işləmək bacarığı;
● Güclü analitik və layihələri idarə etmə qabiliyyəti;
● Yaradıcı və yenilikçi düşünmək bacarığı;
● Büdcəni idarə etmə bacarıqları və təcrübəsi;
● Özündən əmin və dinamik şəxsiyyət;
● Çox güclü ünsiyyət və qərar qəbul etmə qabiliyyəti;
● Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
● Tikinti materialları ilə əlaqəli marketinq və satış təcrübəsi arzuolunandır.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Marketinq və Biznesin İnkişafı üzrə Mütəxəsis ” yazmaqla, [email protected] ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

CV-lərin son qəbul tarixi: 8 iyun 2018


5. Mühasib

Şöbə: Maliyyə

İş vaxtı: Tam iş vaxtı

Əsas öhdəlikləri və vəzifələri:

 Bank köçürmələrinin və digər bank əməliyyatlarının qoyulmuş vaxt çərçivəsində düzgün hazırlanmasını yoxlamaq;
 ƏDV hesabatının hazırlanmasına köməklik etmək;
 Təchizatçı hesabatlarının üzləşdirilməsini aparmaq;
 Artım və ödənişlərin hesabatlarını hazırlamaq; Normativ və Beynəlxalq standartlara uyğun şəkildə tanınmasını təmin etmək;
 Qeyri rezidentin ƏDV-si və Ödəmə Mənbəyindən Vergi hesabatının hazırlanması;
 Mühasibat işçilərinə gündəlik işlərində kömək etmək
 Özünü və ətrafdakı insanları təhlükəsiz bir iş mühiti ilə təmin etmək üçün şirkətin təhlükəsizlik qaydaları və nizamnamələri ilə tam xəbərdar olmaq və onlara ciddi əməl etmək.

Tələb olunan keyfiyyətlər:

 Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
 Mühasibatlıq üzrə 2 il iş təcrübəsi;
 Kompüter bacarığı: MS Office, SAP, Sun Systems;
 Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
 Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
 Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
 Maliyyə təhlili və mühasibat uçotu anlayışları;
 Bank qanunu və satınalma prosesi üzrə qabaqcıl biliklər;
 Vergi qanunu ilə tanışlıq; vergi prosedurları; illik audit və hesabat prosedurları bilikləri.

Holcim (Azərbaycan) ASC-də iş imkanları.

Holcim (Azərbaycan) ASC LafargeHolcim Qrupunun üzvüdür

Lafarge Holcim Qrup, dünyanın 90-dan çox ölkəsində, 110,000-dən çox işçisi ilə fəaliyyət göstərərək, sement, hazır
beton və aqreqatlar istehsalında, həmçinin paylanmasında dünya liderlərindən biridir.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Mühasib” yazmaqla aze-hr- [email protected] ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 1 iyun 2018


6. Satış üzrə Mühasib

Şöbə: Maliyyə

İş vaxtı: Tam iş vaxtı

Əsas öhdəlikləri və vəzifələri:

 Şirkətin satışla bağlı işçilərin dövriyyəsi, debitor borclarının daha da dəqiq müəyyənləşdirmək məqsədilə bütün əməliyyatlarının BMS və SAP sisteminə salınması,
 SAP-da bütün satış əməliyyatlarının işlənib hazırlanması, eləcə də proforma fakturası, e-qaime və ƏDV hesablarının yaradılması.
 Debitor borc məlumatlarının bütövlüyünün təmin edilməsi.
 Debtor borclarına nəzarət məqsədilə ödənişlərin SAP sisteminə salınması
 Qaimə fakturaların yoxlanması və yerli qanunverciliyə uyğunluğun təmin olunması.
 Şirkətin borclarının düzgünlüyünü təsdiqləmək üçün müştəri balanslarının üzləşdirilməsi
 Satışa nəzarət və satış şöbəsinə vaxtında və dəqiq məlumat verməkməqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi
 Özünü və ətrafdakı insanları təhlükəsiz bir iş mühiti ilə təmin etmək üçün şirkətin təhlükəsizlik qaydaları və nizamnamələri ilə tam xəbərdar olmaq və onlara ciddi əməl etmək.

Tələb olunan keyfiyyətlər:

 Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
 Minimum 3 il iş təcrübəsi;
 Kompüter bacarığı: MS Office, SAP;
 Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
 Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
 Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
 Büdcəni tərtib etmə, ona nəzarət etmə, proqnozlaşdırma və hesabat aparma; Capex Prosesi; Maliyyə təhlili bilikləri;
 Vergi prosedurları bilikləri; illik audit və hesabat prosedurları; Ödəmə üsulları / satınalma prosesi haqqında məlumat;
 Yerli və BMHS mühasibat qaydalarının əsas bilikləri;

Holcim (Azərbaycan) ASC-də iş imkanları.

Holcim (Azərbaycan) ASC LafargeHolcim Qrupunun üzvüdür

Lafarge Holcim Qrup, dünyanın 90-dan çox ölkəsində, 110,000-dən çox işçisi ilə fəaliyyət göstərərək, sement, hazır
beton və aqreqatlar istehsalında, həmçinin paylanmasında dünya liderlərindən biridir.

 Bank qanunvericiliyi üzrə bilik.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Satış üzrə Mühasib” yazmaqla aze-hr- [email protected] ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 1 iyun 2018


7. Xəzinədarlıq üzrə Mühasib

Şöbə: Maliyyə

İş vaxtı: Tam iş vaxtı

Əsas öhdəliklər və vəzifələr:

 SAP və İnternet Bank sistemlərində təsbit olunmuş cədvələ uyğun təchizatçı/işçilrin ödəniişlərinin hazırlamaq və nəzarət etmək
 ƏDV depozit hesabından ödənişləri hazırlamaq.
 Xərcləri minimuma endirmək və təsdiq olunmuş ödənişlərlə uyğunlaşdırmaq məqsədi ilə bank hesabatlarına nəzarət etmək.
 Rəhbərlik üçün bütün mövcud bank hesabatlarının və gündəlik xəzinə hesabatları hazırlamaq.
 Özünü və ətrafdakı insanları təhlükəsiz bir iş mühiti ilə təmin etmək üçün şirkətin təhlükəsizlik qaydaları və nizamnamələri ilə tam xəbərdar olmaq və onlara ciddi əməl etmək.

Tələb olunan keyfiyyətlər:

 Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
 1 illik iş təcrübəsi;
 Kompüter bacarığı: MS Office, SAP; Bank proqramları;
 Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
 Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
 Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
 HARP göstəricilərinin əsas məlumatları / Maliyyə təhlili;
 Bankın qanunu və satınalma prosesinin qabaqcıl bilikləri;
 Mühasibatın əsas anlayışı.

Holcim (Azərbaycan) ASC-də iş imkanları.

Holcim (Azərbaycan) ASC LafargeHolcim Qrupunun üzvüdür

Lafarge Holcim Qrup, dünyanın 90-dan çox ölkəsində, 110,000-dən çox işçisi ilə fəaliyyət göstərərək, sement, hazır
beton və aqreqatlar istehsalında, həmçinin paylanmasında dünya liderlərindən biridir.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Xəzinədarlıq üzrə Mühasib” yazmaqla [email protected] ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 1 iyun 2018

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər