Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ilin ilk rübündə 5 mln. 15 min manat kredit verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən, I rübdə muxtar respublikada sahibkarlara 7 mln. 442 min 700 manat kredit verilib. Bu kreditlərdən 5 mln. 566 min 300 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 1 mln. 876 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 2 hüquqi və 528 fiziki şəxs qeydiyyata alınıb.
1 aprel 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 67622-yə çatıb ki, bunun da 58733-ü və ya 86,9%-i aktiv hesablardır. 2018-ci ilin ilk rübündə açılmış 3269 bank hesabının 3222-si aktiv hesablar olub. 1 aprel 2018-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1265-ə çatıb.