10 C
Baku
Wednesday, December 11, 2024

Bank VTB (Azərbaycan) sərfəli şərtlərlə kredit kartları təklif edir

Bank VTB (Azərbaycan) 10 000 manata qədər və güzəşt müddəti 45 günədək olan kredit kartları təklif edir. Beləliklə, hər növbəti ayın 15-dək xərclənən məbləği hesaba qaytarmaq şərti ilə kredit vəsaitini faiz ödəmədən istifadə etmək mümkündür. Bu kartlar həm kredit, həm debet kartların xüsusiyyətlərini özündə cəmləyir.

Kredit xətti 5 000 manatdan çox olduğu halda Visa Gold və Visa Platinum premium kartları müştərilərə hədiyyə edilir. Bu kart sahibləri üçün “Visa imtiyazlar dünyası” proqramı mövcuddur ki, bu da dünyanın istənilən yerində onlara sərfəli şərtlərdən və əlavə güzəştlərdən istifadə etməyə imkan verir. Visa kartı sahiblərinə, həmçinin, səyahət zamanı bonus qazanmaq, alış – veriş və xidmətlərə görə ödəniş etdikdə müxtəlif aksiyalarda iştirak etmək, sərfəli tariflərlə aviabilet əldə etmək və digər imtiyazlardan faydalanmaq imkanı yaradılır.

Kredit kartını əldə etmək üçün bank VTB (Azərbaycan)-ın saytında onlayn-ərizəni doldurmaq və ya +99455 2140986 WhatsApp nömrəsi ilə onlayn-ərizə funksiyasından istifadə etmək kifayətdir.

Bankın məhsulları, tarifləri və digər xidmətləri barədə əlavə məlumatı Çağrı mərkəzinin 986 qısa nömrəsinə zəng vurmaqla və ya www.vtb.az  saytından əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər