6 C
Baku
Sunday, December 15, 2024

“Vergilər Nazirliyi indi adam balası kimi işləyir” – Cavid Qurbanov

“Neft məsələsini bir kənara qoyub, onu birdəfəlik yaddan çıxarmaq lazımdır. Biz qeyri-neft sektoru, nəqliyyat, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməkdədir. Ölkə başçısı tərəfindən bu istiqamətdə işlər görülür”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir. “Onlar effektiv işləməyə başlayıb.

Vergilər Nazirliyində ciddi dəyişikliklər baş verib və bu quruma xeyli cavan kadrlar cəlb olunub. Məhz bunun nəticəsidir ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Burada fiziki şəxslərdən verginin yığılmasında problemlərin olduğu dilə gətirildi. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq. Odur ki, mən vergi sisteminin daha da yumşaldılmasını təklif edirəm”.

O əlavə edib ki, hamı vergi vermək istəyir:

“Vergi sistemini yumşaltmaq lazımdır. Vergilər yumşaldılarsa, vergi yığımı daha yüksək olar”.

Kənd təsərrüfatının inkişafından danışan deputat deyib ki, bu gün bu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə bir gənc təyin ediblər.

“İmkan verək görək necə işlyəcək”. Məmurların fəaliyyətinə toxunan C. Qurbanov deyib ki, yaxşı fəaliyyət göstərmək üçün ölkə başçısına düzgün məlumat verilməlidir.

“Bu gün ölkədə nəqliyyat sahəsinin inkişaf etdirilməsi üçün infrastruktur yaradılır. Gömrük Komitəsinə yeni rəhbərliyin təyinatından sonra bu sahədə də müsbətə doğru ciddi dəyişiklik baş verib. Ümumiyyətlə, maliyyədən düzgün istifadə edilməlidir. Çünki Maliyyə Nazirliyi bir kassadır.

Ora nə qədər vəsait daxil olacaqsa, nazirlikdə o formada bölüşdürüləcək. Odur ki, maliyyədən istifadə zamanı Allah bizə insaf versin ki, ondan düzgün istifadə edək”

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər