Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə Azərbaycandada fəaliyyət göstərən 6 kredit ittifaqının lisenziyası ləğv olunub.
Bunlar Lənkəran rayonundakı “AMB” və “Qala”, Beyləqan rayonundakı “Əlinəzərli”, İmişli rayonundakı “İlkin”, Naxçıvan şəhərindəki “Mey” və Gəncə şəhərindəki “Murad” kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb.