11 C
Baku
Monday, November 25, 2024

Elon Musk 2 batareyalı yeni Tesla Model 3 haqqında məlumat verib

Tesla şirkətinin CEO-su Elon Musk yeni Tesla Model 3 haqqında ilk məlumatları verib. Qeyd etmək lazımdır ki, yeni Tesla Model 3 iki batareya ilə təchiz olunacaq. Beləliklə əgər elektromobilin bir batareyası sıradan çıxarsa, sərnişin ikinci batareya hesabına lazımi yerə qədər gedə biləcək. İki batareyalı Tesla Model 3 3.5 saniyəyə 96 km sürət yığa biləcək və onun maksimal sürəti saatda 250 km təşkil edəcək. Həmin model bir dəfə şarj olunandan sonra 500 km yol qətt edə biləcək.

İki batareyaya sahib Tesla Model 3 standart versiyada 78.000$ qiymətinə satılacaq. Təbii ki, bu qiymətə avtopilot texnologiyası daxil deyil. “Onun qiyməti BMW M3 modelinin qiymətində olacaq. Lakin ondan 15% daha sürətli və güclü” – deyə Musk öz Twitter hesabında bildirib. Qeyd etmək lazımdır ki, adi Tesla Model 3 2016-cı ilin əvvəlində təqdim olunmuşdu. Bütün bu vaxt ərzində şirkət 500.000 Tesla Model 3 sifarişi əldə etmişdi. İki batareyalı Tesla Model 3-ün çıxış tarixi barəsində heç bir məlumat yoxdur.

Son xəbərlər
Digər xəbərlər