“Merkuri” Bank Olmayan Kredit Təşkilatı, 22-30 yaş arası, ali təhsilli gəncləri kassa mütəxəssisi vakansiyası üçün müsabiqəyə dəvət edir.
Öhdəliklər
- Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
- Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
- Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək;
- Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını həyata keçirmək;
- Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
- Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
- İş yeri: Bakı filialı
İş qrafiki (I-V 09:00-dan 18:00-dək, VI 10:00-dan 14:00-dək)
Namizədə tələblər
- Ali təhsil
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Nəğd pulla intensiv işləmə bacarığı
- Gərgin iş qrafikində işləmək bacarığı
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
Müsabiqədə iştirak etmək üçün müraciət blankını saytımızdan əldə edərək (http://merkuri.az/aze/index.php/en/haqq-m-zda) və yaxud da hazır cv formalarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.