10 C
Baku
Wednesday, December 11, 2024

2019-cu il iPhone modelləri barəsində yeni məlumatlar var

Apple şirkəti öz iPhone modellərində LCD texnologiyadan OLED texnologiyaya keçid prosesindədir. Bu il təqdim olunacaq 3 iPhone modelindən ikisi OLED ekranla təchiz olunacaq. Yeni məlumatlara əsasən şirkət OLED ekrana inteqrasiyanı 2019-cu ildə tamamilə yekunlaşdıracaq. Bu barədə bir neçə mənbə xəbər verib. Maliyyə bazarları bu xəbərə ciddi reaksiya verdilər. Belə ki, sözügedən xəbərin fonunda Japan Display şirkətinin səhmləri 20%, Sharp şirkətinin səhmləri 4% aşağı düşdü.

Japan Display hal hazırda OLED ekranlar istehsal edə bilmir. Şirkət sözügedən ekranın istehsalını yalnız 2019-cu ildə reallaşdıra biləcək. Hal hazırda iPhone X modeli üçün OLED ekran istehsalı ilə məşğul olan yeganə şirkət Samsung-dur. Lakin Apple bu işə LG şirkətini də qoşmaq istəyir. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən 2019-cu ildə təqdim olunacaq iPhone modeli üçlü arxa kamera ilə təchiz oluna bilər. Biz artıq bu cür kameranı Huawei P20 Pro modelində görmüşdük və demək lazımdır ki, həmin modeldəki kameralar smartfon bazarındakı ən yüksək keyfiyyətli kameralardır.

Son xəbərlər
Digər xəbərlər