15 C
Baku
Saturday, May 4, 2024

Bulvarda böyük əyləncə mərkəzi açılacaq

Bu il Bakıda Dənizkənarı Milli Parkda “Caspian Waterfront” iri əyləncə mərkəzi açılacaq.

CLAD arxitektura jurnalına istinadən, bununla bağlı “Chapman Taylor” dizayn şirkətinin direktoru, mərkəzin layihə rəhbəri Tim Karran məlumat verib.

Onun sözlərinə görə, mərkəz 120 min kvadrat metr ərazini əhatə edəcək və ailəvi olacaq. Təklif edilən əyləncə və xidmətlər rəngarəng olacaq, mərkəzdə bütün yaşdan olan insanlar üçün xoş atmosfer yaradılacaq.

Əvvəlcə “Caspian Waterfront” böyük konqres mərkəzi olmalı idi, ancaq sonradan onun təyinatı dəyişdirilib. “Chapman Taylor”un planlarına görə, mərkəz Bakının simvollarından birinə çevriləcək.

Şirkət dizaynı yaradan zaman Azərbaycan bayrağında və gerbdəki səkkizguşəli ulduzdan ilhamlanıb.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər