-1 C
Baku
Saturday, December 14, 2024

Azər Türk Bank “28 May” kredit kampaniyasının müddətini uzatdı

Dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar başladığı “28 May” kredit kampaniyasının müddətinin uzadılması barədə qərar vermişdir. Banka müraciətlərin sayının artması və müştərilərin arzusu nəzərə alınmaqla kampaniya cari ilin 14 iyun tarixinədək davam etdirələcəkdir.

Ölkə vətəndaşları kampaniya çərçivəsində Azər Türk Bankdan zaminsiz 10.000 AZN-dək, zaminlə 20.000 AZN-dək, 3 aydan 36 ay müddətinə kredit əldə edə bilərlər. Kreditin illik faiz dərəcəsi 18%-dən başlayır. Kredit üzrə xidmət haqqı sadəcə 1% təşkil edir.

Bu barədə daha ətraflı məlumatı  http://azerturkbank.az/campaigns/28-may/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər