9 C
Baku
Thursday, December 12, 2024

Nazir Sahil Babayevə yeni müşavir təyin edilib

Elman Cəfərov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşaviri təyin edilib.

Bundan əvvəl Anar Əliyev və Vüsal Nəsirli nazirin müşaviri vəzifələrinə təyin edilmişdilər. Yeni təyinatlardan sonra müşavirlərin sayı ümumilikdə 4-ə çatıb.
Bundan başqa, Bəxtiyar Əzizova Aparat rəhbərinin müavini postu həvalə olunub.

Qeyd edək ki, A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi.

Həmçinin nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Sabir Qocayevə tapşırılıb. Əmək siyasəti şöbəsinin müdiri vəzifəsini isə müvəqqəti olaraq Əbülfət Məhərrəmov icra edəcək.

Xatırladaq ki, aprel ayında Sahil Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər