10 C
Baku
Sunday, December 22, 2024

Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır – “BMW” 5200 manat

Azərbaycanda dövlət maşınları satışa çıxarılıb. Avtosfer.az xəbər verir ki, 20 iyun tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Siyahıda 9 avtomobil yer alıb.

1-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

2-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası  

Buraxılış ili

Start qiyməti

(manatla)

 

10% beh

(manatla)

Nazirlər Kabineti Aparatının İşlər İdarəsi BMW 730 2006 28000 2800
Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 3525 353
Baş Prokurorluğu QAZ 31105-100 2008 2000 200
Baş Prokurorluğu VAZ-21213 2003 1300 130
DİN, Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FIAT Doblo 2007 3500 350
DİN, Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FIAT Doblo 2007 3500 350
DİN, Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FIAT Doblo 2007 3500 350
DİN, Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı BMW-320 2007 5200 520
DİN, Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı BMW-320 2007 5200 520

eyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

 

Son xəbərlər
Digər xəbərlər