Neftçala Avtomobil Zavodunda aşağı sinif avtomobillərin istehsalı planlaşdırılır.
Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.
Onun sözlərinə görə, bu avtomobillərin qiyməti 14 min manat olacaq: “Biz həm də yan sənayeni inkişaf etdirmək niyyətindəyik. Bu isə avtomobillərin qiymətlərinin 10-12% ucuzlaşmasına səbəb olacaq. İyunun 20-dən etibarən avtomobillərin ehtiyat hissələrinin satışına başlanacaq. İyunun 11-dən etibarən isə Badamdar, Babək və Ziya Bünyadov prospektlərində yerləşən satış mərkəzlərində avtomobillərin satışına başlanılacaq”.
O deyib ki, ilkin olaraq 100 ədəd “Xəzər” avtomobili satışa çıxarılacaq: “Ayda 160 ədəd avtomobil istehsalı planlaşdırılır”.
Qeyd edək ki, Neftçala Avtomobil Zavadonda “Xəzər SD” və “Xəzər LD” markalı avtomobilləri istehsal olunur. Zavodun illik istehsal gücü 10 min avtomobildir.