13 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycanda taksi xidmətinin keyfiyyəti artırılacaq

“Azərbaycanda sərnişin avtobuslarının 77%-nin, yük maşınlarının isə 81%-nin istismar müddəti 10 ildən çoxdur”.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib.

O həmçinin ölkədə qaraj təsərrüfatının lazımi səviyyədə olmadığını, eləcə də qarajların çatışmadığını qeyd edib.

Dövlət Xidmətinin rəisi taksi xidməti ilə bağlı da boşluqların olduğunu da deyib: “Regionlardakı taksilər minimum tələblərə cavab vermirlər. Müvafiq tənzimlənmə olmadığından problemlər yaranır. Bu problemlərin həlli ilə bağlı təkliflər hazırlanır. Taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə kompleks tədbirlər görüləcək”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər