Porsche şirkəti Mission E konseprinin seriya variantının adını açıqlayıb – Taycan. Alman markasının rəhbəri Oliver Blumun bildirdiyinə görə, bu ad “həyatla dolu olan gənc at” kimi tərcümə olunur. İstehsalçının dərc etdiyi tizerdə elektrokarın siluetini və LED işıq texnikasını görmək olar.
Porsche şirkətinin ilk elektrokarı olan Taycan modeli «sinifində ən texnoloji avtomobil olacaq və eksklyuziv sportkarlar seqmentində yeni standartları müəyyən edəcəkdir». İstehsalçı Taycan modelinin «tipik Porsche» olacağını da bildirib. Porsche Taycan iki və üç motorlu konfiqurasiyalarda təklif ediləcəkdir. Baza varinatının ümumi gücü 408 at qüvvəsi, orta variantın – 544 at qüvvəsi, top-variantın isə 680 at qüvvəsi olacaqdır.
Arxadan çəkişli modifikasiya iki elektromotor variant ilə təklif ediləcəkdir: 326 və 435 at qüvvəsi.
Bundan başqa, Taycan modeli üçün iki pilləli transmissiya və elektronika idarə edilən differensial işlənib-hazırlanacaqdır. Elektrokarın ən güclü variant 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Onun gediş ehtiyatı 483 kilometr olacaqdır.
©Autograph.az