Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi fevraldakı azalmanın ardınca martda artıma keçdikdən sonra apreldə yenidən azalmağa başlayıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il mayın 1-nə 7 881,4 mln. manat təşkil edib ki, bunun da 4 993,5 manatı və yaxud 63,4%-i xarici valyutada yerləşdirilib. Bu nisbət aprelin 1-də 64,1% olub. Başqa sözlə, apreldə əmanətlərin dollarlaşması 0,7% azalıb. İlin əvvəlindən dollarlaşma səviyyəsində 3,1% , illik müqayisədə isə 13,2% azalma qeydə alınıb.








