14 C
Baku
Monday, November 10, 2025

ABŞ prezidenti: “Neftin baha olması çox pisdir”

ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) fəaliyyətindən və dünya bazarında neftin qiymətinin yüksək olmasından narazılıq edib.

Dövlət başçısı bu barədə “Tvitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Neft həddindən artıq bahadır və bu, çox pisdir. OPEC yenidən köhnə işini görməyə başlayıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, D.Tramp buna oxşar açıqlamanı apreldə də paylaşıb və o zaman əmtəə birjalarında neft qısamüddətə ucuzlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər