“Paraqraf” onlayn kitabının müəllifi, yazıçı və jurnalist Maksim Kotinin məsləhətləri
Bəlkə də, yalnız pişiklər və selfi. Məşhurluqda sosial şəbəkələrdə fərdi effektivlik metodları ilə bağlı nəşrlərlə yalnız pişiklər və selfi rəqabət apara bilər. İstər-istəməz mən də bu janra tez-tez müraciət edirəm. Bu səhifədə mən son illərdə yazılmış şəxsi məhsuldarlığa aid ən populyar qeydlərimi yığdım. Bütün bunlar müəyyən (cuzi də olsa) reaksiyaya səbəb oldu – demək ki, tamamilə faydasız deyillər.
- Müvəffəqiyyətin sirri çətin iş deyil
Son zamanlarda, bilinməyən səbəblərə görə, mən müxtəlif banal məsələlər haqqında düşünürəm. Məsələn: müvəffəqiyyətli insanlar uğursuzlardan nəylə fərqlənir.
Müvəffəqiyyətli insanlar bunun sirrinin ağır zəhmət olduğunu söyləməyi xoşlayır. Doğru deyil. İnsanın bir gündə verə biləcəyi səmərəli işin təbii limiti var. Bundan artığına gücü yetməz.
Səhərdən gecəyə qədər sürünən bir çox insan var və boş yerə. Biryulyovodakı “Ashane”də çalışan kassir Kaliforniya startapının icraçı direktorundan az yorulmur. Və necə düşünürsüz, onun şəxsi effektivliyi hansı səviyyədədir?
Müxtəlif keyslərin təhlili nəticəsində,yaxşı ki on beş il işgüzar jurnalistika fəaliyyəti dövründə materialların həcmi kifayət qədər yığılmışdır – belə bir siyahı aldım.
- Şans. Uğur qazanılıbsa burada mütləq şans elementi var.
- İstedad. Bir neçə nəfər eyni dərəcədə enerji sərf etsə, onda bu fəaliyyətə daha uyğun olan adam irəliləyir.
- Fokus. Bir çox insanlar işə başlayır, işi atır, yenidən başqa bir fəaliyyətə başlayır. İki eyni dərəcədə istedadlı insanlardan əzmini daim bir nöqtəyə tuşlayan birisinə daha çox müvəffəqiyyət gəlir.
- Ambisiyalar. Yenə də: bir mağazanı idarə etmək min mağazanı idarə etmək qədər çətindir. Lakin əksəriyyət mininə sahib olmaq üçün kifayət qədər iddialı deyil.
- Cəsarət. Ambisiyalarınız varsa və cəsarətiniz yoxdursa, xəyalpərəst qalacaqsınız. Uğurlu insanların çoxu heç nədən qorxmadığı və maneələrə baxmadan irəli getdiyinə görə uğur qazanıb.
Xülasə. Şans bizdən asılı deyil. Yolumuzu birdəfəlik seçdikdən sonra artıq bu yolla irəliləməyə başlayırıq – olacağa çarə yoxdu. Elə qənaətə gəlirəm ki, uğur qazanmaq üçün yalnız üç üsulla işləyə bilərik: plankanı daim yüksəltmək, qorxmamaq və bir şeydə şübhə etməmək-daim bir məqsədə köklənmək.
- Əsas mənbə enerjidir, vaxt deyil
Yaşadığınız müddətdə, fərdi effektivliyin əsas resursu vaxt deyil, enerjinin olduğunu anlayırsan. Bir çox maraqlı ideyaların ola bilər, amma kifayət qədər barıtın olmadığı təqdirdə çox şey alınmayacaq.
Hər hansı bir zehni, yaradıcı, iradə, hətta məişət vəzifələrini icra etmək üçün insan enerjini öz ehtiyat mənbəyindən alır. Keyfiyyətli şalvar axtarışında mağazalarda alış-veriş də enerji ehtiyatlarını tükətdirir, eləcə də əlyazma üzrə sıx iş.
Hər şey enerjidən asılıdırsa, insanın şəxsi effektivliyini necə artırmaq olar? Hansı üsullar istifadə edilə bilər?
Birincisi, xərcləri azaltmaq:
- vərdişlər yaranması (mexaniki edilən hər şey, az yanacaq aparır);
- enerji sərf edən şeyləri etməmək, amma əhəmiyyəti yoxdur (Obamanın pencəkləri, Zuckerbergin köynəklərinə bax);
- fokus dəyişikliyi (diqqətini bir fikrə daha çox cəmləyəndə, daha çox enerji tükənməsi baş verir);
- stressdən, mübahisələrdən qaçmaq – onlar enerjini yandırır;
- qənaət – mütləq hər hansı bir hərəkətə emosional yanaşmaq lazım deyil, vəziyyətin imkan verdiyi yerdə rahat olmağı öyrənmək, müəyyən hallarda avtopilotda hərəkət etmək;
- xəyalən vəzifələri “mütləq” (məcburiyyət) kateqoriyasından “istəyirəm” (istəklərin reallaşması) kateqoriyasına keçirilməsi.
İkincisi, ehtiyatları artırmaq lazımdır:
- sərbəstlik dalğasını, ilham və cəsarəti tutmaq – bunların hamısı insana güclü bir enerji verir, bir qayda olaraq, bunun üçün qarşınızda bir sıra maraqlı tapşırıqların qoyulması tələb olunur , bu məqsədlə də insanlar özlərini oda-alova atmaqla meydan oxuyur;
- düzgün ünsiyyət dairəsini qurmaq ( ilhamlandıran və həyat iradəsini belə öldürənlər insanlar var);
- müəyyən dərəcədə – idmanla məşğul olmaq (ancaq həddini aşsaz əks-təsir ola bilər);
- Yəhudilər axmaq deyil, Şabbat icad etdilər – işləməyə qadağa qoymaqla enerji toplamaq üçün özümüzə xüsusi vaxt ayırmalıyıq
Bax belə.
- Heç bir şey almayın
Nəyisə almaq yalnız ekstremal ehtiyac yarananda lazımdır. Çünki istənilən alış əlavə yüklənmə zəncirinə səbəb olur və şəxsi effektivliyi aşağı salır. Deyək ki, sən Apple şirkətinin ən son model kompüter mausunu almısan. Buna isə altlıq xalça da lazımlıdır. Hələ batareyalar da. Batareyalara isə pul xərclənməmək üçün — akkumulyatorlar. Akkumulyatorlara isə — yükləmə.
Ya da ki raritet (nadir), mexaniki saat aldın. Belə ki, hər gün onu işə sal. Hər altı ay-bir ildən bir köhnəlmiş kəməri yenisilə əvəzləməlisən. Birdən qırsan- saatsaza müraciət etməlisən. Və birdə yaxşı saatsaz tapmaq asan deyil, çünki “saat təmiri” yazılan yerlərin çoxunda yalnız kəmər və batareyalar dəyişdirilir.
Və ya simsiz qulaqlıq. Onlara məftil. Hər gün yükləmə. Bəzən isə- ən gözlənilməz anda – onların yenə də enerjisi bitir. Deməli, çantada ehtiyatda simli qulaqlıq da olmalıdır . Yəni, çanta əvəzinə ryukzak götürəndə, ikisini də ryukzaka qoymağı unutma. Və sonra təkrar ryukzakdan sumkaya. Uf, uf … Ancaq onsuz da mümkündü. Sonda bunu düşünürəm: risk etməmək və heç bir şey almamaq daha yaxşıdır.
- İrəli iki addım planı
Şəxsi səmərəliliyinin artırılması və istədiyiniz hər şeyin həyatdan alınmasını olduqca sadə bir metod şəklində icad etdim.
Əvvəlcədən zamanın hər anında iki addım irəli bir planınız olmalıdır. Bu cür: “İndi bunu edəcəyəm, sonra da onu edəcəyəm”. Və “bu” edildikdə, “o” “bu” olur və “o”nun yerinə başqa bir şey gəlir.
Mən buna “yaxında işıqla getmək” deyirəm. Belə nəticəyə gəldim ki,bu metod özünü idarə etmədə ən effektiv sistemdir. Niyə?
- Vəziyyət hər zaman dəyişir, bütün günü planlaşdırmaq mənasızdır. Heç bir planınız yoxdursa –bu da pisdi.
- Sonra nə edəcəyinizi bilirsinizsə, stupora düşməyəcəksiniz. Yanlış qərarlar vermək riski azalır.
- Əhval da dəyişə bilər. Vəzifə enerji səviyyəsinə uyğun olmalıdır. Saat 9-da axşam saat 18-da əhval-ruhiyyənin necə olacağını proqnozlaşdırmaq çətindir, lakin iki addım qabaqcadan enerji səviyyəsini proqnozlaşdırmaq və müvafiq tapşırıq tapmaq üçün dəqiq mümkündür.
- Bu zaman ikinci addımın planlaşdırılması əhval-ruhiyyənin təsiri altına düşməmək üçün yetərincə distansiya verir, bu da perspektivi görməkdə və düzgün qaydada prioritetləri ayırmağa imkan yaradır.
- Bundan əlavə tez-tez nəsə etmək məcburiyyətindəsiz, amma bunu etmək istəmirsiz. Onda ilk addımda daha yüngül bir şey planlaşdırırsınız, ikincisində isə – ağır. Yüngül tapşırıqların icrası özünə inam verir və çətinliyə doğru ruhlandırır.
Hər şey yaxşıdır, ancaq getdiyimiz yolun düz və ya səhv olduğunu yoxlamaq üçün tez-tez uzaqgörənliyimizi işə salmalıyıq.
- Nəyə görə vacib olanı sonraya saxlamalıyıq
Hər bir layfxak-a qarşı bir kontrlayfxak var.
Bir çox ağıllı insanlar yazır ki, maksimum fərdi effektivliyə nail olmaq üçün iş gününün başlanğıcını təcili məsələlərə deyil, əhəmiyyətli olanlara həsr etmək lazımdır. Guya ki, hər zaman normal insanların ətrafın təzyiqi altında təxirə saldığı bəzi istəkli planları var. Belə ki, bir çox görkəmli insanlar qeyri-adi nəticələrə nail olurlar, çünki onlar həmişə birinci ehtiyac duyduqları işləri görürlər, başqalarına vacib olanları deyil.
Mən bunu məntiqli hesab edirəm. Kitablarla bu çox vaxt işləyən yeganə yoldur. (Kitabı həmişə təxirə salmaq istəmisiniz. Hər zaman kitabdan daha çox təxirəsalınmaz bir şeylər çıxır. Kitab isə gözləyər. Əlyazma da bir il sonra təhvil verilməlidir, tez olmayacaq ki.
Amma əks hallarla da rastlaşmışam. Həsrətlə gözlədiyiniz əziz bir şeyin günün sonuna saxlanılması da faydalıdır.
Günün sonunda gücünüz tükənir- özünüzü bəzi məcburi, lakin ruhlandırmayan bir işə cəlb etmək ağlasığmazdır. Daha bir saat məhsuldarlığı almağa çalışdığınızda, bədən sadəcə sönür.
Ancaq o, sevdiyimiz bir işi görməyə dəvət etdikdə, sehrli şəkildə tülkücəsinə canlanır. İstədiyi işi yerinə yetirmək üçün bizim zavallı bədənimiz daha bir enerji sərfiyyatına qadirdir.
- Axşam xəbərləri səhərkindən nəylə yaxşıdır
Layf, günahkarı bağışlayın, xak.
Mən çoxdanın xəbər xəstəsiyəm . Mən bu asıllıqdan xilas olmağın yollarını axtarmasamda, ən azı onu nəzarət altında saxlamağa cəhd edirəm. Əks təqdirdə, şəxsi effektivliyi artırmaq sadəcə mümkün deyil.
Keçən həftə bir sınağa başladım. 19 saat özümə xəbərləri oxumağı qadağan etdim. Yəni “səhər qəzetinin” istehlak modelindən “axşamkı”na keçdim.
Belə ki, nəticələr haqqında hesabat verirəm.
Gün ərzində o qədər boş vaxt tapıldı, bəzən də nə edəcəyimi bilmədim. Enerji artdı.
Əvvəllər günümə dəhşət dolu xəbərlərlə başlayırdım (təəsüf ki, onların bizim üçün başqa bir xəbəri yoxdur).Bu əhvaldan çıxmaq üçün çox vaxt və enerji gedirdi.
Yəni cəfəngiyyat bir şey alınırdı: səndən asılı olmayan şeylərə vaxt sərf etmək və həyatını dəyişə biləcək bir şeyin edilməməsi (ya da boş yerə xərclənmiş enerjiyə görə pis edilməsi ) sadəcə ağılsızlıqdır.
Ancaq tamamilə xəbərlərdən uzaqlaşmaq olmaz. Bu çıxış yolu deyil. Çıxış yolu -“axşam qəzeti”dir.
Axşam saatlarında narahat olmaq üçün çox vaxt qalmır. İşlər artıq edilib. Bu bir şəkildə güc verir. Bir neçə saat həyəcanlanıb narahat olmaq- və yuxu. Bir gecə yuxusu ərzində isə tamamilə yenidən bərpa olursan. Səhər artıq qorxmursan.
Əlavə olaraq, xəbər gününü atlayaraq, bir çox lazımsız cəfəngiyatı ötürürsən. Biri bir şey deyir, sonra təkzib edir, sonra əlavə edir, sonra müəyyənləşdirir və sonra heç bir şey olmadığı ortaya çıxır.
Həyatını bu cür təlaşa sərf etməkdənsə, axşam xülasəylə tanış olursunuz – bitdi.
Davam etmək niyyətindəyəm.
- Perfeksionizm (mükəmməllik) zəhərdir
Mən burada anladım ki,fərdi effektivliyə nail olmaq üçün özümüzü mükəmməliyə can atmaqda fəda verməliyik. Xüsusilə, həyatda dəyərli bir şey etmək istəyirsənsə.
Bu, sadəcə ilk baxışda perfeksionizm kimi görünə bilər – pofiqizmin (vecsizliyin) yaxşı bir alternatividir. Ancaq o da heç yaxşı bir şey deyil.
Bəzi qatı perfeksionistlərlə işləyəndən sonra deyə bilərəm ki , onlarda nəticə həmişə mövcud şəraitdə əldə edilə biləndən daha pis alınır.
Əslində, perfeksionizmin özü mane olur: həqiqətən yaxşı bir şeyi yaxşılaşdırmaq (və hər şeyi pozmaq ya da yalnız boşuna vaxt sərf etmək), həqiqətən heç bir şey dəyişməyən detallar üzərində tər tökmək və ən əsası -daim özünə şübhə etmək, inanmamaq.
Mükəmməllik – zəhərdir.
Mükəmməlliyə yol vermək və ya yaxınlaşmaq istəyən kimi-bats!-dərhal eybəcər bir natamamlıq meydana çıxır. Və o ürək bulandıracaq ,rahat yaşamağa qoymayacaq. Və əzab verəcək. Və effektivliyi azaldacaq.
Layiqli bir iş gördün,amma bir yerdə bir şey istədiyin kimi deyil, nəticədə sevinc hissi də ölür. Hər şeyin mükəmməl olmasını istəyirdin! Gördüyün iş par-par parıldasın.
Baxırsan ki, gözəl bir əşya almısan, uzun müddət seçirdin, məsləhətləşirdin, artıq pul da ödəmisən – hər kəsə xoşdur, amma xırdaca bir yeri başqa cür olsaydı, lap super olardı.
Amma nədənsə elə gəlir ki, bu xırdaca elementə görə mükəməllik pozulur. Artıq qalanlar da xoşbəxtlik vermir, ancaq bu cəfəngiyyat barədə düşünürsən.
Ümumiyyətlə, bütün bunlar əbədi əzablara aparan yoldur.
Bu səbəbdən mənim əsas şüarım:good enough- kifayət qədər yaxşıdır. Mükəmməllikdən imtina etməyə və yeni bir iman qəbul etməyə çalışıram. Axı, xoşbəxt olmaq üçün hər şey – iş, əşyalar, şərait – mükəmməl deyil, kifayət qədər yaxşı olmalıdır.
Bundan artığını istəmirəm.
- Eyni üsul işə yarıya bilər, ya da bilməz
Bir bərkgedən biznesmen –kimin ki sərvətini Amerikanın jurnalı sayır – bir dəfə mənə bunu söylədi: insanların əksəriyyəti biznes tarixinə diqqət yetirmir.
Bəzi tanınmış sahibkarlar haqqında oxuyanda, onları təkrarlamağı düşünürlər. Əgər Jobs, Uolton və ya Şultz bunu bu cür edirdi, deməli bu müvəffəqiyyətə aparan yoldur.
Amma biznesdə qayda yoxdur. Vəziyyət təkrarlanmır. Jobs üçün nə işlədisə, Şultz üçün işləməyə bilər. 1991-ci ildə aktual olan məsələ, 1992-ci ildə ağılsızlıq olardı.
Bundan əlavə, hətta eyni şirkət eyni vasitəni tətbiq edib tamamilə fərqli nəticələr əldə edə bilər. Bu biznesi maraqlı edir – hər zamana uyğun uğur əldə etmək üçün metodologiya yaza bilməzsiniz. Bu elmdən daha çox sənətdir.
Bu yaddaşıma yazıldı. Mən düşünürəm ki, bütün bunları yalnız şirkətə deyil, həm də insana tətbiq etmək olar.
Biz tez-tez məhsuldar, müvəffəqiyyətli, daha xoşbəxt olmağımıza kömək edəcək şəxsi effektivliyin üsullarını və universal qaydaları əldə etməyə çalışırıq. Amma həqiqət ondadır ki, bunlar sadəcə mövcud deyil.
İnsanlar bir-birinə bənzəmir. Hər kəsin öz başı və öz yolu var. Üstəlik, hər birimiz daim dəyişir, inkişaf edir, həyatı yenidən dərk edir. Beləliklə, vəziyyət də daim dəyişir.
Buna görə də əsas məsələ- çeviklikdir. Daim təhlil etmək bacarığı – özünüzü, ətrafı, vəziyyəti. Daimi dəyişən amillərə uyğunlaşmaq. Sınamaq. Analiz etmək. Yenidən cəhd etmək. Ruhdan düşməmək. Və irəli addımlamaq.






