“Garant Holding”in törəmə müəssisəsi olan “Garant İnşaat Sənaye” MMC növbəti dəfə adını dəyişib. İndi o, “Fortis Group” adlanır.
Tikinti materialları istehsal edən zavod – “Azbentonit” MMC 2004-cü ildə Abşeron rayonunda istismara verilib. 2015-ci ilin sentyabr ayında 25 mln manat kapitalı olan şirkətin adı dəyişdirilərək “Garant İnşaat Sənaye” adlandırılıb. Bu ilin may ayında şirkətin kreditorlarına kapitalın 7,2 mln. manat azaldılması ilə bağlı xəbərdarlıq edilib.
© Turan