17 C
Baku
Monday, April 29, 2024

Türkiyə rəsmisi: “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

“Azərbaycanın 2020-ci ilə qədər Türkiyəyə qoyduğu kiçik və böyük investisiyaların məcmu dəyəri 20 mlrd. ABŞ dollarını keçəcək”.

Bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr İdarəsinin Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selçuk Akat deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ölkəsinin iqtisadiyyatına qoyulan pulun məbləğinə görə, dünyada 3-cüdür.

“Yatırımlarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) böyük payı var”, – S.Akat qeyd edib.

Türkiyə rəsmisi həmçinin bildirib ki, ölkəsinə investisiya qoyan xarici iş adamlarına vətəndaşlıq verilir. Bundan başqa, daşınmaz əmlak alan və tikənlər Əlavə Dəyət Vergisindən (ƏDV) azad olunur: “Bütün bu güzəştlər ötən il Türkiyədə daşınmaz əmlak alan xarici vətəndaşların sayının 22% artmasına səbəb olub. 2017-ci ildə əcnəbilərə 22 234 daşınmaz əmlak satılıb ki, bunların da dəyəri 4,6 mlrd. dollardır. Türkiyədə daşınmaz əmlak alan xarici vətəndaşların sayına görə Azərbaycan ilk 5-likdə yer alır. Son 2 ildə Azərbaycan vətəndaşları Türkiyədə 150-dən artıq torpaq sahəsi, 2 000-ə yaxın daşınmaz əmlak əldə edib”.

Bundan başqa, onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanda, o cümlədən Bakıda həyata keçirilən bir sıra inşaat layihələrində fəal iştirak edirlər: “İndiyə qədə türk şirkətləri Azərbaycana birbaşa 4,5 mlrd. dollar investisiya qoyub. Ayrıca tikinti layihələrinin dəyəri isə 2,9 mlrd. dollar olub”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər