-3 C
Baku
Sunday, December 15, 2024

Sabiq bank sədrinin məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “DekaBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və “DekaBank”ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Məhkəmə-Mühasibatlıq Ekspertizasının rəyi elan olunub.

“DekaBank”ın nümayəndəsi ekperiza rəyi ilə tam tanış olmadığını deyib və bunun üçün məhkəmədən vaxt istəyib.

Daha sonra bankın nümayəndəsi vəsatət qaldırıb. O, Məhkəmə-Mühasibatlıq Ekspertizası ilə bağll rəy verən ekpertin məhkəmədə dindirilməsini tələb edib.

Vəsatət təmin edilməyib.

Bankın nümayəndəsi daha bir vəsatət qaldırıb. O, yenidən Məhkəmə-Mühasibatlıq Ekspertizasının keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə istintaqının tamamlandığı elan olunub.

Dövlət ittihamçısı isə çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 5-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

N.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilib, B.Hüseynovun barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər
Digər xəbərlər