İqtisadiyyat Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) üçün üzrə “Tik – idarə et – təhvil ver” modeli üzrə yataqxananın tikintisi üçün tender elan edib.
Yataqxanalar bir neçə il əvvəl Y. Hacıbəyli və A. Bakıxanov küçələrinin kəsişməsində sökülən yaşayış binalarının ərazisində tikiləcək. Ərazi 0,9 hektar sahəni əhatə edir. Kompleks iki binadan (beş mərtəbəli və 9 mərtəbəli) ibarətdir. Sosial infrastrukturdan əlavə 1-dən 8-dək yerlik 190 otaq olacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin tender komissiyasının üzvü İlkin Quliyev bildirib. Layihəyə əsasən, yataqxanalar 784 müəllim və tələbə üçün nəzərdə tutulub. İnvestorlara təkliflərin təqdim edilməsi üçün iki aylıq müddət verilir.
© Turan