7 C
Baku
Thursday, December 12, 2024

McLaren yeni superkarı təqdim edib – video

McLaren şirkəti 600LT superkarının promo-çarxını dərc edib. Bu çarxda avtomobilin maraqlı xüsusiyyətini görmək olar. Bu, Senna hiperkarının üslubunda olan «şaquli» buraxılış sistemidir.

Britaniya markasının yeni modeli keçən həftənin cümə axşamı günü təqdim edilib. Superkar Long Tail ailəsinə daxildir. Bu addan ilk dəfə 1997-ci ildə F1 GTR yarış kupesində istifadə edilib. Hazırda bu addan McLaren markasının yüngülləşdirilmiş və «qaynar» modelləri üçün istifadə edilir. Yeni superkar bazasında hazırlandığı McLaren 570S modelindən 74 millimetr uzun və 96 kiloqram yüngüldür.

McLaren 600LT gücü 570 at qüvəsindən 600 at qüvvəsinə qədər artırılmış 3,8-litrlik biturbo V8 mühərriki, xüsusi şinlər, karbondan hazırlanmış kuzov dəsti və McLaren P1 modelindən alınmış karbonplastikdən idman oturacaqları ilə təchiz edilir.

McLaren 600LT superkarının tirajı məhdudlaşdırılacaqdır. Avtomobil bu ilin oktyabrından başlayaraq 12 ay ərzində buraxılacaqdır.

 

© Autograph.az

Son xəbərlər
Digər xəbərlər