6 C
Baku
Monday, December 16, 2024

“Azərenerji”: “Artıq ölkənin elektrik enerjisi ilə təminatı 100%-ə çatdırılıb”

“Artıq ölkənin elektrik enerjisi ilə təminatı 100%-ə çatdırılıb”. Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, təchizatda qonşu ölkələrdən alınan elektrik enerjisinin də payı var: “Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) iki bloku tam gücü ilə işləyir. Həmçinin qonşu Rusiya və Gürcüstanla da paralel surətdə çalışırıq. Amma təchizatın əsas hissəsi daxili istehsalın hesabınadır. Sabahdan etibarən digər bloklar da işə düşəcək. Bununla da həmin ölkələrdən elektrik enerjisi idxalı tamamilə tamamilə dayandırılacaq”.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan “Azərbaycan” İES 8 blokdan ibarətdir.

İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. İlkin məlumata görə, qəza bir neçə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Ötən gün təxminən saat 19 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Bir neçə saat sonra elektrik enerjisinin verilişi bərpa edilib.

Son xəbərlər
Digər xəbərlər