10 C
Baku
Friday, December 13, 2024

Gmail-ə daxil olan məktubları tək siz oxumursunuz

2017-ci ildə Google şirkəti bildirmişdi ki, o, Gmail-ə daxil olan məktublardan istifadəçi məlumatlarını artıq əldə etmir. Bununla belə şirkət kənar tərtibatçılara istifadəçilərin məktublarını oxumağa icazə verir. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumatda qeyd olunub ki, Google şirkəti kənar tərtibatçıların istifadəçi məktublarını oxuma prosesini və onlardan əldə olunan məlumatların hansı məqsədlə istifadə edildiyini idarə etmir. Həmin tərtibatçılar kommersiya məqsədli istifadəçi məlumatlarını yığan şirkətlər ilə əməkdaşlıq edirlər. Məsələn Return Path adlı şirkət əsasən Gmail, Microsoft ə Yahoo hesablarına qoşulu olan pulsuz tətbiqlərdən olan məlumatları yığır.

Məlumatda qeyd olunub ki, Return Path şirkəti iki milyona yaxın insanın elektron poçt ünvanlarına gələn məlumatları əldə edə bilir. Hal hazırda Return Path kimi şirkətlərin və ya digər tərtibatçıların yığdıqları bu məlumatlardan sızıntıların olub-olmadığı barədə məlumat yoxdur. Google şirkəti isə istifadəçi məlumatlarını yığan pulsuz tətbiqlərin sayını tam olaraq açıqlamır. Bununla yanaşı şirkət dəfələrlə qeyd edir ki, tərtibatçılar həmin məlumatları istifadəçilərin razılığı olmadan onları üçüncü tərəfə göstərə bilməzlər. Həmçinin şirkət sözügedən məlumatların kopyalanmasını və onların saxlanmasını qadağan edir.

Son xəbərlər
Digər xəbərlər