Çinin Ticarət Nazirliyi ABŞ-ın Çinə və digər beynəlxalq tərəfdaşlara qarşı təhdidlərini “psixoloji terror” adlandırıb.
RİA “Novosti”yə istinadən xəbərə görə, nazirliyin rəsmi nümayəndəsi Qao Fen bildirib ki, ABŞ tərəfindən idxal rüsumlarının qaldırılması dünyada istehlak zəncirinə zərər yetirər.
O əlavə edib ki, rüsumlar ABŞ kapitalı olan şirkətlərə də ziyan vuracaq.