Bildiyiniz kimi, hal hazırda bütün dünyanın diqqəti Russiyaya yönəlib, buna səbəb isə futbol üzrə keçirilən dünya çempionatıdır. Bəs bu möhtəşəm turnir haqqında nələri bilirik? Gəlin 2018-ci ilin Dünya Çempionatında baş verən 5 maraqlı fakta nəzər salaq.
Fakt 1: Ən maraqlı faktlardan biri odur ki, dünya çempionatının qalibi olan ölkə 38 milyon dollar qazanacaq. 2-ci yerə çıxan ölkəyə 28 milyon dollar, 3-cü pillədə qərarlaşan ölkəyə 24 milyon dollar, 4-cü olan ölkəyə isə 22 milyon dollar ödəniləcək.
Fakt 2: Ən bahalı komandalar sırasında 1-ci yer Fransa millisinə məxsusdur. Bu yığmanın heyətinin ümumilikdə dəyəri 1,08 milyard avro təşkil edir və ən ucuz komanda isə Panamadır. Amerikalıların ümumi dəyəri 8,43 milyon avro təşkil edir.
Fakt 3: 2018 dünya çempionatında Braziliya yeganə ölkədir ki, futbol üzrə keçirilən dünya çempionatlarının hamısında iştirak etmişdir.
Fakt 4: Çempionatın ən yaşlı oyunçusu: Essam Əl Hadari (Misir) – 45 yaş
Fakt 5: Xorvatiya millisinin qapıçısı Daniel Subaşiç: ”Həyat yoldaşımın oyunlara gəlməsinə icazə vermirəm. Bir dəfə baxmağa gəlmişdi, həmin qarşılaşmada məğlub olduq”
Ən maraqlı faktlardan biri də odur ki, futbol üzrə dünya çempionatına qatılacaq komandaların xüsusi istəkləri ev sahibliyi edən Russiya ölkəsini heyrətləndirib. Yaponlar hər otaqda cakuzi olmasını şərt kimi ortaya qoyublar. Nigeriya yığması otelin otaqlarına yeni yataqlar, son model televizorlar tələb edib. Seneqal yığması fərqli növ bananlardan ibarət meyvə səbəti istəyib, Tunis yığması otaqlarda səssiz havalandırma sistemləri olmasını xahiş edib. Uruqvay komandasının oyunçuları otaqlardakı televizorlarda ikisi Uruqvay kanalı olmaqla, altı İspaniya kanalının da əlavə olunmasını tələb ediblər; Fransa yığması maye sabun və Kaşer əti (yəhudilərin halal əti); İsveçrəli oyunçular hər otaqda yüksək sürətli internet və İsveçrə televiziya kanallarını, Portuqaliya millisi isə xüsusi altı cangüdən, K.Ronaldo üçün də əlavə dörd mühafizəçi ayrılmasını xahiş ediblər.
Bütün bunlarla yanaşı, 2018- ci ilin dünya çempionatı bir çox rekordları və gözlənilməz nəticələri ilə digər dünya çempionatlarından fərqlənir. Favoritlərdən hesab olunan Almaniya, Portuqaliya, Argentina kimi güclü komandalar turnirdə artıq mübarizəni dayandırıblar. 2018 DÇ-da növbəti sensasiya isə Rusiyanın İspaniyanı məğlub etməsi və adını 1/4 finala yazdırması oldu. Burdan da belə nəticəyə gəlmək olar ki, 2018 DÇ-da zəif komanda yoxdu.
Çox maraqlıdı, görəsən finalda hansı komandalar qarşılaşa bilər və Dünya Çempionatının qalibi hansı ölkə olacaq? Hər kəsi maraqlandıran bu sualı “Bank of Baku” da öz müştərilərinə ünvanlayaraq onlara özəl müsabiqə təşkil etdi. Müsabiqə şərtlərinə əsasən FIFA 2018 Dünya Çempionatının qalibini tapan şəxs çempionata ev sahibliyi edən RUSİYAYA SƏYAHƏT QAZANIR. Müsabiqə Bankın rəsmi facebook səhifəsində keçirilir. İştirak etmək üçün bu linkə https://goo.gl/oEopg8 daxil olun və qalib gələcəyini düşündüyünüz komandanın adını rəy olaraq yazın. Məlumat üçün qeyd edək ki, müsabiqə 13 iyul, saat 18:00-da yekunlaşacaq.
Bütün oxucularımıza bu müsabiqədə uğurlar arzulayırıq!