Bank “BTB” ASC iyul ayının 31-dək “Qızıl təminatlı kredit” məhsulu üzrə sərfəli kredit kampaniyası keçirir və üstəlik hər kreditin məbləğindən asılı olaraq Mastercard Standard, Gold və ya Platinum kartını hədiyyə verir. Belə ki, kampaniya müddətində kredit üzrə aylıq faiz dərəcəsi 1,9% – dək endirilib. Kreditin maksimal məbləği 10000 AZN, maksimal müddəti isə 24 aydır.
Müştərilər istənilən əyarda qızıl əşyalarını girov qoyaraq, bankdan nağd pul əldə edə biləcəklər. Qızıl əşyaları bank tərəfindən təyin olunmuş qiymətləndirici tərəfindən qiymətləndirilir. Kreditin əldə olunması üçün müştəridən cari iş fəaliyyəti, ümumi iş stajı, həmçinin zamin tələb olunmur. Krediti almaq üçün tələb edilən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsi kifayət edir.
Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.