7 C
Baku
Thursday, December 12, 2024

İnternetin olmaması ADY-də çətinliklər yaradıb

Səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarının sərnişinləri çətinliklərlə üzləşiblər. Bu dəfə texniki problemlər səbəbiylə kassalarda bilet satılmayıb.

“Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətində Turan-a bildiriblər ki, problem Sumqayıt dəmir yolu stansiyasını internetlə təmin edən İnternet provayderinin olmaması səbəbindən yaranıb. “Sərnişinlər Sumqayıtdan qatarla Bakıya getmək üçün bilzeti Bakı sərnişin stansiyasında əldə ediblər”. Ümumiyyətlə, problem saat 08 00-da aradan qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər