10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda banklararası kredit faizləri artıb

Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi may ayında daha 0,06 faiz bəndi artaraq iyunun 1-nə illik 11,64% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 5,18%-dən 5,74%-ə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər