1 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Bank” SME müştərilərinin biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni xidmətlər paketini təqdim edir

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank kiçik və orta sahibkarlıq nümayəndələrinin B2B sahəsi üzrə təchizatlarının maliyyələşdirilməsi üçün yeni xidmətlər toplusunu təqdim edir. Bu maliyyələşdirmə sxemi mal və xidmət təchizatı zəncirinin bütün iştirakçılarını birləşdirir, lazımi likvidliyin təmin edilməsi üçün maksimal bəhrələnmək imkanı verir.

PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə, təchizat zəncirinin maliyyələşdirilməsi üzrə xidmətlər paketinin dövriyyə vəsaitinin artırılması üçün istifadə olunan ənənəvi kredit məhsullarından əsas fərqi ondan ibarətdir ki, sahibkar girov təmin etmədən nisbətən qısa müddət ərzində pul vəsaitinə çıxış əldə edir və bu məhsul üzrə faiz dərəcəsi digər növ kreditləşmələrin faiz dərəcəsindən orta hesabla 2-3% daha aşağıdır.

“Burada bizim əsas məqsədimiz kiçik və orta sahibkarlıq üzrə müştərilərimizin biznes fəaliyyətlərinə lazım olan likvidliyin təmin olunması üçün dövriyyə vəsaitlərinə olan ehtiyacını təmin etmək, B2B sektorunda təchizat prosesinin maliyyə effektivliyini artırmaq, biznesin maliyyə risklərini azaltmaq və əlbəttə ki, istifadəsi asan və keyfiyyətli bank xidmətini təmin etməkdir. Artıq bu gün biz deyə bilərik ki, bu maliyyələşdirmə sxemi iqtisadiyyatın neft-qaz, telekommunikasiya, ticarət və xidmətlər, tikinti, informasiya və kommunikasiya texnologiyaları, gündəlik tələbat məhsulları (FMCG) və digər sektorlarında iri bizneslərə xidmət göstərən sahibkarların marağına səbəb olub. Bu xidmətlər paketinin kiçik və orta sahibkarlar üçün cəlbedici olduğunu nəzərə alaraq ilin yekununa bu seqmentdə portfel artımının 100% təşkil edəcəyini ehtimal edirik”, – deyə A. Qolovko fikrini yekunlaşdırdı.

Onu da qeyd etmək lazımdır ki, kiçik və orta sahibkarlıq üzrə müştərilərin təchizat zəncirinin maliyyələşdirilməsi xidmətinin təqdim edilməsi PAŞA Bankın 2018-2020-ci illəri əhatə edən İnkişaf strategiyası çərçivəsində həyata keçirilir.

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 7 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank “World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.


Son xəbərlər
Digər xəbərlər