“Rabitabank” ASC Marketinq departamentinə Art direktor vakansiyası üzrə işə qəbul elan edir!
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Art direktor vakasiyası üzrə namizəd bankın bütün məhsulları və istiqamətlərinin kommunikasiyası üzrə ilkin kreativ konseptdən başlayaraq son materialların hazırlanmasına qədərki bütün vizual prosesləri təmin və təşkil etməlidir.
Bank və maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcəkdir. Namizədin güclü konseptual və müştərilərlə qarşılıqlı təsir, geniş kreativ düşünmə və problem həll etmə bacarıqlarının olması əhəmiyyətlidir.
Vəzifə öhdəlikləri:
1. Vizual kommunikasiya strategiyalarının və bütün dizayn materiallarının hazırlanması;
2. Layihələrin vizual istiqamətlərinin bütün fazalarının idarə edilməsi;
3. Kreativ konseptlərin hazırlanması və prezentasiya olunması;
4. Daxili brainstorming proseslərinin təşkil və idarə olunması;
5. Agentliklərin konseptual formada düzgün brif olunması təşkil etmək;
6. Əsasən ən son rəqəmsal vizual trendləri izləmək və tətbiq etmək.
Vəzifəyə olan tələblər:
∙ Reklam/qrafik vizuallaşdırma sahəsində geniş iş təcrübəsi, bütün növ rəqəmsal vizual formatların hazırlanması ilə bağlı geniş təcrübə;
∙ Adobe İllustrator, Photoshop və Corel Draw ilə mükəmməl işləmək bacarığı; 3Ds Max və ya Cinema4D bacarıqları arzuolunandır;
∙ Maliyyə/bank sektorunda ən azı ilkin biliklərin olması;
∙ Güclü kommunikasiya bacarıqlarının olması;
∙ Gərgin iş rejimində və çoxfunksiyalı komanda ilə işləmək bacarığı;
∙ Starteji düşünmək və işləmək bacarığı;
∙ Yüksək kreativ düşüncə, standartlardan kənara çıxmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Marketinq Departamentinin Art Direktoru göstərməyiniz xahiş olunur.