7 C
Baku
Thursday, December 12, 2024

Bank proseslərinin avtomatlalaşdırılması nəyə gətirib çıxardacaq – proqnoz

Bu gün RPA (Robot Process Automation) kimi avtomatlaşdırma texnologiyaları, xərclərin azaldılmasında və xidmətlərin səmərəliliyinin artırılmasını üçün maliyyə sənasəyi tərəfindən istifadə olunur. Ancaq bankların və digər maliyyə təşkilatlarının arsenalında  sürətlə inkişaf edən təlim alətləri, Amazon və Alphabet tərəfindən rəqabətlə üzləşirlər.

Dünyanın ən böyük konsaltinq şirkətlərindən olan Capgemini 750 qlobal təşkilatın 1.5 min  rəsmisinin iştirak etdiyi bir sorğu keçirmişdir.Tədqiqatın məqsədi-bu qurumların geniş miqyaslı avtomatlaşdırma dövrünə daxil olma prosesi zamanı hansı fayda və problemlərin yarana biləcəyini tapmaqdır.

Anketə görə, müəyyən bir proseslərin avtomatlaşdırması nəticəsində maliyyə qurumlarının üçdə biri xidmətlərin səmərəliliyini 2-5% artırdı. Həmçinin şirkətlərin 64%  İpa (İntelligenyt Process Automation) mexanizmlərinin tətbiqi nəticəsində müştəri məmnuniyyətini yaxşılaşdırmışdır.

Capgeminin hesablamalarına görə, 2020-ci ilə qədər maliyyə sənayəsi ağıllı avtomatlaşdırma sayəsində əlavə olaraq 512 milyard dolları cəlb edə bilər.

Tədqiqat göstərirki, şirkətlərin yalnız 10%-i bu cür texnologiyaları qlobal miqyasda tətbiq edir. Əlavə olaraq, hər dördüncü qurum, maşın öyrənmə, komyuter sistemlərini və biyometriyanı özündə birləşdirən koqnitiv avtomatlaşdırma texnologiyalarının tətbiqi üçün «texnoloji cəhətdən yetkindir».

Son xəbərlər
Digər xəbərlər