1 C
Baku
Saturday, December 14, 2024

May ayında İtaliyanın dövlət borcu 2 trilyon avronu ötüb

İtaliyanın mərkəzi bankı “Banca d’Italia”nın məlumatında bildirilir ki, may ayında ölkənin dövlət borcu yeni tarixi rekorda – 2,327 trilyon avroya çatıb.

AZƏRTAC ölkənin mərkəzi bankına istinadla xəbər verir ki, bu rəqəm ötən ayın göstəricisi ilə müqayisədə 14,6 milyard avro çoxdur.

2017-ci ilin sonundan etibarən İtaliyanın borc yükünün üzərinə 84,3 milyard avro əlavə olunub ki, bu da 3,6 % artım deməkdir.

Məlumatda o da qeyd edilib ki, İtaliya dövlət borcunun çoxluğuna görə (o, ölkə ÜDM-nin 130%-dən çoxunu təşkil edir) avrozonada Yunanıstandan sonra ikinci yerdədir.

Son xəbərlər
Digər xəbərlər