3 C
Baku
Saturday, December 14, 2024

Apple dünyanın ən böyük şirkəti adını itirə bilər

Amazon pərakəndə-internet şirkəti kapitallaşma üzrə Apple şirkəti arasında olan boşluğu sürətlə azaldaraq, tezliklə onunla  dünyanın ən böyük şirkəti uğrunda rəqabət aparacaq. Hal-hazırda şirkətləri 47 milyard dollarlıq ferq ayırır.

Çərşənbə günü ticarət dövrü vaxtında son 21 il ərzində Amazon şirkətinin dəyəri ilk dəfə 900 milyard dolları aşıb.Amazonun səhmləri qısa bir müddətdə 1858.88 dollar artaraq şirkətin  902 milyard dollarlıq kapitallaşmasını təmin edib.

Sessiyanın sonuna səhmlərin qiyməti 0.16% azalıb, bu səbəbdən Amazonun kapitallaşması 894 milyard dollar təşkil edib.

Apple 941 milyard dollarlıq kapitallaşma ilə ilk sırada yerini saxlıyır.

Son 12 ay ərzində Apple şirkətinin səhmləri 26.7% qədər bahalaşıb, Amazonun isə 79.2%. Şirkətlərin dəyərinin bir birinə yaxınlaşması sürətlə artıb, Amazon Alphabeti keçərək kapitallaşma üzrə ikinci yeri tutub, bu mart ayının sonunda baş verib.

Son xəbərlər
Digər xəbərlər