2 C
Baku
Saturday, December 14, 2024

İndi də dəfn sığortası – ARXAYIN ÖLMƏK OLAR

Rusiyanın “Rosqosstrax” şirkəti ölkədə ilk dəfə yeni mərasim sığortasını istifadəyə verməyə hazırlaşır. Şirkət rəhbərliyi elan edib ki, artıq bu sahədə araşdırmalar aparılıb və 2014-cü ildən mərasim sığortası məhsulu bazara təklif ediləcək.

Fin.az-ın verdiyi məlumata görə, “Rosqosstrax”ın hazırladığı mərasim sığortası müştəriə dəfn xidmətinin göstərilməsini nəzərdə tutur. Yəni sığortalı dünyasını dəyişdiyi təqdirdə, onun dəfn mərasimi sığorta şirkəti tərəfindən təşkil olunacaq. Bununla da, sığortalı onun necə və kim tərəfindən dəfn olunacağı və ya yaxınlarının layiqli dəfn mərasiminin təşkil olunacağından narahat olmayacaq: “Mərasim xidmətləri sığortasını tətbiq etməklə müştərilərimizin maraqlarını doğulandan ölənə qədər qoruyacağıq”-deyə şirkətdən bildiriblər.

Son xəbərlər
Digər xəbərlər