6 C
Baku
Sunday, December 15, 2024

Rusiyada vergi daxilolmalarının 40 faizi faydalı qazıntılar hesabına olub

Keçən il Rusiya Federasiyasının konsolidə edilmiş büdcəsinin doldurulmasında hasilat sektoru aparıcı yer tutub.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Federal Vergi Xidmətinin son hesabatında xammal sektorundan daxil olan vergilərin rolunun ölkə iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə artdığı qeyd edilib.

2017-ci ildə faydalı qazıntıların (daş kömür, neft, qaz, metal filizi və s.) hasilatı sektoru konsolidə edilmiş büdcənin gəlirlərinin 29,2 faizini təşkil edib, bir il əvvəl isə bu göstərici 26,5 faiz idi. Faydalı qazıntıların hasilatından tutulan verginin payı vergi daxilolmalarının artımının ümumi məbləğində 40 faiz olub.

Son xəbərlər
Digər xəbərlər