1 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə biznesi olan azərbaycanlıların sayı açıqlanıb

Türkiyə Azərbaycan iqtisadiyyatına 11 miyard dollar sərmayə qoyub. Fins.az xəbər verir ki, bu sözləri  Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat deyib. Onun sözlərinə görə,  Azərbaycanın Türkiyə iqtisadiyyatına 13 milyard dollar həcmində sərmaye qoyub. Həmçinin Akat onu da qeyd edib ki, hazırda Türkiyədə 2 mindən çox azərbaycanlı iş adamı. Azərbaycanda isə 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, Azərbaycan və Türkiyə arasında 2017-ci ildə mal dövriyyəsi 1,7 milyard dollar təşkil edib, cari ilin ilk beş ayı ərzində isə – 759,4 milyon dollar olub.

Son xəbərlər
Digər xəbərlər