9 C
Baku
Thursday, December 12, 2024

SKMF 2018-ci ildə turizm sahəsində layihələrin maliyyələşdirilməsini 5 dəfə artıracaq

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci ildə turizm sektorunda layihələrə 10 mln. manat məbləğində güzəştli kredit ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatlarınTəhlilivə Kommunikasiya Mərkəzindən(İİTKM) məlumat verilir.

Bu barədə “Azərbaycanda ixtisaslaşdırılmışturizm sektorunun inkişafıüzrə StratejiYolXəritəsi”nin2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə hesabatında deyilir.

“2017-ci ildə SKMF turizm sektorunda layihələrə 2 mln. manat ayırıb. 2018-ci ildə bu məqsədlərə 10 mln. manatın ayrılması planlaşdırılır”, – monitorinqdə deyilir.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsi ilə həyata keçirilir. 2017-ci ildə fondun xətti ilə sahibkarlara 146 mln. manat məbləğində güzəştli kredit verilib. 2018-ci ildə bu məbləğ ən azı 170 mln. manat təşkil edəcək.**

Son xəbərlər
Digər xəbərlər