ABŞ aktivlərin həcmi baxımından ən böyük bankı olan “JPMorgan Chase” bankının rəhbəri Ceymi Daymon növbəti dəfə Uoll stritin ən yüksək ödənişli top-meneceri olub.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, keçən il toplamda 28,3 milyon dollar qazanıb.
“Bank of America” bankının baş bankiri Brayan Moynihen ötən il əmək haqqı və mükafatlar da daxil olmaqla 21,3 milyon dollar, “Citrigroup”un rəhbəri Maykl Korbat isə 17,8 milyon dollar qazanıb.
Ən yüksək ödənişli bankirlər arasında dördüncü sırada 17,5 milyon dollar qazanan “Wells Fargo”nun rəhbəri Timoti Sloan yer alıb. Bu vəziyyət analitiklər üçün xoşagəlməz sürpriz olub. Belə ki, bank müştəriləri lazımsız xidmətlərdən keçməyi məcbur etməkdə və onların məlumatı olmadan hesablar yaratmaqda ittiham edilib.