1 C
Baku
Saturday, December 14, 2024

Nağdsız hesablaşmalar: İqtisadiyyata nə verdi?

2020-ci ilə qədər nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində bəlli hədəflər mövcuddur.

2018-ci ildə nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində üç mühüm layihənin – “Nağdsız Azərbaycan”, “Ani ödənişlər” və “3D bank sektorunda blokçeyn texnologiyalarına keçid”in icrasına başlamaq nəzərdə tutulur.

Hər üç layihənin icrasında Mərkəzi Bank bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq edir. Vergilər Nazirliyindən “Cümhuriyət” qəzetinə verilən məlumata görə, nazirliklə birgə yaradılmış işçi qrup nəzərdə tutulan tədbirlər planını həyata keçirəcək.

Nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərə əsasən, internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2020-ci ildə 80-100 faiz səviyyəsinə çatdırılması, POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artırılması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2020-ci ilədək 30 faizə, 2025-ci ilədək 50 faizə, 2025-ci ildən sonra isə 80 faizə çatdırılması nəzərdə tutulub.

Dövlət Proqramında qabaqcıl beynəlxalq təcrübə əsasında rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğat işlərinin təşkili məqsədilə dörd istiqamət üzrə 18 prioritet və bütövlükdə 60-dan çox tədbir müəyyən edilib. Rəqəmsal ödənişlərin inkişaf etdirilməsinə Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, Vergilər Nazirliyi, ölkədə fəaliyyət göstərən mobil operatorlar və bu sahəyə aid digər iştirakçılar da cəlb olunacaqlar.

26116064 1672950196070432 5211457214733807691 o“SM Consulting” MMC-nin direktoru Emin Səttarov “Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə minəndən sonra ölkədəki mövcud durumu “Cümhuriyət” qəzetinə şərh edib. Şirkət rəhbərinin sözlərinə görə hazırda ölkədə nağdsız ödənişlərin səviyyəsi artıb: “Demək olar ki, fiziki və hüquqi şəxslər, eləcə də xırda və orta sahibkarlıq subyektləri nağdsız ödənişlərə daha çox üstünlük verirlər. Çünki “Nağdsız hesablaşmalar haqqında”Qanunun tələblərinin pozulmasına görə, maliyyə sanksiyalarının tətbiq edilməsi məqsədilə Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə edilib. Təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi, təqvim ili ərzində ikinci dəfə yol verdikdə aparılan əməliyyatların 20 faizi, təqvim ili ərzində üç və daha çox dəfə yol verdikdə isə aparılan əməliyyatların 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Ödəyicilər düşünür ki, az əməliyyat aparmaqla daha çox maliyyə itkisinə məruz qala bilərlər. Buna görə də demək olar ki, nağdsız ödənişlərin səviyyəsi artıb”.

Emin Səttarov bildirib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə minmədən əvvəllər kim necə istəyirdi bankdan pul çıxara bilirdi: “Bəzən ödəyicilər real pul olmadan müəyyən sənədləşmə əsasında əməliyyatlar aparılırdı. “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqindən sonra ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyicisi olmayan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30,000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15,000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirdə bilərlər. Demək olar ki, yalan sənədləşmələr də getdikcə azalıb”.

Ekspert onu da qeyd edib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun bəzi maddələrinə dəyişikliyin olması daha məqsədəuyğundur: “Sözügedən qanunda əməkhaqqı ilə bağlı 3-4 maddə var. Qeyd olunur ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər əməkhaqqını nağdsız ödəyə bilər. “Nağdsız hesablaşmalar haqqında” Qanun çıxandan sonra “Dərnəgül” tikinti malları bazarında plastik qapı-pəncərə istehsalı ilə məşğul olan şəxslərin işində böyük əngəllər yaranıb. Baxmayaraq ki, onların dövriyyəsi 200 min manatdan aşağıdır, amma istehsala görə əməkhaqlarını nağdsız ödəməlidir. Amma baxanda görürük ki, o sahibkar bunu etmək iqtidarında deyil. Yəni, o sahibkarın nə müsahibi var, nə də o qədər maariflənməyiblər ki, ödəniş tapşırılqarını, eləcə də bankla işləməyi özləri rahat apara bilsinlər.

O cümlədən, kənd təsərrüfatı məhsullarının istehsalında iştirak edən şəxslərin də bir sıra öhdəlikləri var. Məlumdur ki, qanun fermerləri torpaq vergisi istisna olmaqla bütün vergidən azad edib. Amma buna baxmayaraq əməkhaqlarının nağdsız ödənilməsi onlar üçün əlavə iş yüküdür. Hesab edirəm ki, qanun dövriyyəsi ən azı 200 min manat olan şəxslərə tətbiq olunsaydı, daha məqsədəuyğun hesab olunardı”.

Emin Səttarov Azərbaycanda nağdsız ödənişlərin hazırkı səviyyəsinə də toxunub. O vurğulayıb ki, əvvəllər ödənişlərin həm nağd, həm də nağdsız formada aparılması qanunvericilikdə öz əksini tapmışdı: “Azərbaycan nağdsız ödənişlərin səviyyəsini data bazası olan orqanlar tərəfindən düzgün qiymətləndirilə bilər. Biz sadəcə, 10-15 ödəyicini görürük. Buna baxmaqla demək olmaz ki, bizim ödəyicilərin apardığı nağdsız ödənişlər dünya miqyasında hansı səviyyədədir. Amma əvvəlki illərə nisbətdə nağdsız ödənişlərin səviyyəsində artım var. Cari ildə də bu artımları müşahidə etmək olar. İnsanlar getdikcə daha çox nağdsız ödənişlərə meyl edirlər. Sahibkarların əksəriyyəti əməkhaqqının nağdsız şəkildə verir. Bu, sahibkarın özü üçün də rahatlıqdır. Həm nağdı, həm də nağdsız ödənişlərin qeydiyyatın aparmaq əlavə vaxt itkisidir. Ödəyicilərin özlərinə də sərf edir ki, bankla bir uçot aparsın”.

Son xəbərlər
Digər xəbərlər