3 C
Baku
Saturday, December 14, 2024

Palata Bank sektoruna aid son göstəriciləri açıqlayıb

30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 991 mln. manat, kredit potfeli 11 712 mln. manat, cəmi öhdəlikləri isə 24 087 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 904 mln. manat, əhalinin əmanətləri isə 8 019 mln. manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0.2% (70 mln. manat), balans kapitalı isə 5.2% (195 mln. manat) artıb.

Bank sektorunda maliyyə vasitəçiliyinin artması müşahidə olunur. Belə ki, cari ilin ilk yarımilliyində kredit portfeli 3.3% və ya 375 mln. manat (iyun ayı üzrə 1.4%, 160 mln. manat), fiziki şəxslərin cəmi depozitləri 6.3% və ya 477 mln. manat (iyun ayı üzrə 2.9%, 227 mln. manat) artıb. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9.7% və ya 505 mln. manat (iyun ayı üzrə 2.7%, 148 mln. manat) artıb.

Bank sektoru cari ilin ilk yarımilliyində 309 mln. manat əməliyyat mənfəəti generasiya edib. Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmalar 258 mln. manat təşkil edib. Nəticədə, sektor cari ilin 6 ayında 36 mln. manat xalis mənfəət əldə edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 481 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti cari ilin 6 ayı ərzində 3.5% və ya 566 nəfər (iyun ayı üzrə 0.5%, 75 nəfər) artaraq 16 737 nəfər təşkil edib.

Hesabat (PDF)

Cədvəl 1. Bank sektorunun icmal balansı

(mln manatla)
Aktivlər 30.06.2018
1. Nağd vəsaitlər 1,338.4
2. Mərkəzi Bankda müxbir hesablar* 2,180.1
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) 1,591.4
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı 7,056.4
depozitlər
5. Qiymətli kağızlar 2,949.3
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər 208.6
6.1 xalis kreditlər 191.8
7. Müştərilərə verilən kreditlər 11,712.4
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1,642.0
məqsədli ehtiyat
7.2 Xalis kreditlər 10,070.4
8. Əsas vəsaitlər 873.7
9. Qeyri-maddi aktivlər 132.7
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) 1,606.6
11. Cəmi aktivlər 27,990.8
Öhdəliklər 30.06.2018
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) 17,253.2
1.1 Fiziki şəxslərin depoziti 8,019.3
1.1.1 müddətli 5,692.7
1.1.2 tələbli 2,326.6
1.2 Hüquqi şəxslərin depoziti** 9,233.9
1.2.1 müddətli 1,783.1
1.2.2 tələbli***, o cümlədən 7,450.8
sahibkarlıqla məşğul olan fiziki şəxsləri depozitləri 90.0
2. Mərkəzi Bankın banklara qarşı tələbləri 438.8
3. Loro hesablar 204.2
4. Maliyyə institutlarının depozitləri 1,180.4
5. Bankların kreditləri 66.9
6. Digər maliyyə institutlarının kreditləri 1,929.9
7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar 1,850.6
8. Digər passivlər**** 1,162.9
9. Cəmi öhdəliklər 24,086.9
KAPİTAL 30.06.2018
10. Xüsusi kapital 3,663.8
11. Ümumi ehtiyatlar 240.1
12. Cəmi kapital 3,903.9
13. Cəmi öhdəliklər və kapital 27,990.8

Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdı. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri hüquqi şəxslərin depozitlərində əks olunmuşdur.

 

  • Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla

 

  • Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla

 

  • Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla

 

  • Fiziki şəxslərin subordinasiya xarakterli depozitləri nəzərə alınmaqla

 

Cədvəl 2. Mənfəət və zərər haqqında hesabat

 

(Bank sektoru üzrə)

 

(mln manatla)
Mənfəət və zərər maddələri 30.06.2018
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri 843.3
1.1 Kreditlər üzrə faizlər 584.3
2. Faiz və onlara bağlı xərclər 299.0
2.1 depozitlər üzrə faizlər 189.8
3. Xalis faiz gəliri (zərəri) 544.2
4. Qeyri-faiz gəlirləri 249.5
5. Qeyri-faiz xərcləri 485.1
6. Əməliyyat mənfəəti (zərəri) 308.6
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi 258.4
ehtiyatın yaradılmasına ayırmalar (xərclər)
8. Digər gəlirlər (xərclər) 1.1
9. Vergilər ödənilənədək mənfəət (zərər) 51.3
10. Mənfəətdən vergilər 15.0
11. Xalis mənfəət (zərər) 36.3

 

 

Cədvəl 3. Maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat

 

(Banklar)
30.06.2018
Bankların sayı 30
Dövlət bankları 2
Özəl banklar 28
Xarici kapitallı banklar 15
nizamnamə kapitalının 50%-dən 100% -ə qədərini 8
təşkil edən
– xarici bankların yerli filialları 2
nizamnamə kapitalının 50%-dən az olan hissəsini 7
təşkil edən
İlin əvvəlindən lisenziya alan bankların sayı 0
İlin əvvəlindən lisenziyası ləğv edilmiş bankların sayı 0
Bankların filiallarının sayı 511
Bankların şöbələrinin sayı 143
ATM-lərin sayı 2,481
İşçilərin sayı 16,737

 

 

Cədvəl 4. Maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat

 

(BOKT-lər və Poçt rabitəsinin milli operatoru)

 

30.06.2018
Bank olmayan kredit təşkilatları 117
– Kredit İttifaqları 70
Dövlət BOKT-ləri 1
Özəl BOKT-lər, o cümlədən 116
Xarici kapitallı BOKT-lər 8
nizamnamə kapitalının 50%-dən 100% qədərini 8
təşkil edən, bundan
xarici BOKT-nin yerli filialları 0
nizamnamə kapitalının 50%-dən az olan hissəsini 0
təşkil edən
İlin əvvəlindən lisenziya alan BOKT-nin sayı 0
İlin əvvəlindən lisenziyası ləğv edilmiş BOKT-nin sayı 6
Filial sayı 163
İşçilərin sayı 2020
Poçt rabitəsinin milli operatoru – Azərpoçt
Poçt filialları (maliyyə xidmətləri göstərən) 63
Poçt şöbələri (maliyyə xidmətləri göstərən) 1112

 

 

Son xəbərlər
Digər xəbərlər