Bu yaxınlarda Express Bank öz bank sistemi Temenos T24 r17 üçün yüksək texnologiyalı aparat infrastrukturuna keçidi tamamlamışdır. Hamıya məlum olduğu kimi, bugün Express Bank bank mühitində liderlik edən novator banklardan biridir. Belə uğur bütün heyətin informasiya texnologiyaları səviyyəsində biznesin tələblərini cəld və effektiv yerinə yetirməyə imkan verən yeni texnologiyalar ilə sintezdə səlis fəaliyyətinin nəticəsidir. Heç kimə sirr deyil ki, uzun illərdir ki, informasiya texnologiyaları istənilən bankın fəaliyyətinin fundamentini təşkil edir və artıq sistemin bu texnologiyalarsız fəaliyyətini təsəvvür etmək qeyri-mümkündür.
Bank və həmçinin istənilən bir müəssisə üçün etibarlı və çevik platformanın seçimi müvəffəqiyyətli inkişaf və çiçəklənmənin açarıdır. Express Bank IBM PowerVM aparat virtuallaşdırması ilə AIX7 əməliyyat sistemi idarəetməli IBM Power Systems server arxitekturasının xeyrinə doğru seçim etmişdir.

Bu halda söhbət daima yüksək tranzaksiya yüklənməsində olan əsas sistemlərdən getdiyi üçün müvafiq olaraq, AIX industriya sistemi və Power platformasının seçimi aydın idi. Alış büdcəsi ilə ölçülən iqtisadi effektivlikdən başqa, AIX sistemi etibarlılıq və təhlükəsizlik üzrə tələblərə dəqiq və istisnasız cavab verirdi.

Bu layihədəki bütün hadisə və fəaliyyətlər toplusundan xüsusi olaraq ən vacib detalı – layihənin planlamasını, öncədən aparılan hesablama və məlumatların təkrar-təkrar yoxlanılmasını vurğulamaq lazımdır. Layihənin başlanğıcında АBS Temenos T24-in yeni 17-ci versiyasına olan tələblərin və istifadə olunan 10-cu versiyada sistemlərin yükü üzrə cari vəziyyətin öyrənilməsinə çox vaxt sərf olunmuşdur. Öncədən laboratoriyada və müştərinin mövcud avadanlıqlarında yüklənmənin modelləşdirilməsi üzrə çoxsaylı prosedurlar həyata keçirilmişdir. Bu faza kifayət qədər çox zaman aldı, lakin nəticədə yeni infrastrukturun tətbiqi mərhələlərində və məlumatların miqrasiyasında əhəmiyyətli qənaətə çevrildi. Nəticə sadədir: yaxşı hazırlıq və keyfiyyətli layihə sənədləşməsi uğurun zəmanətidir!
Başda təsisçi və direktor Fominov Yuriy olmaqla məhz Fominov Konsalting şirkətinin mütəxəssisləri əvvəllər də köhnəlmiş versiyada Power platformasından istifadə etmiş bankın, qərarı AIX sisteminin xeyrinə verməsinin təşəbbüskarı olmuşlar. Power platformasının xeyrinə arqumentlər sonsuzdur və onlar barədə çox danışmaq olar. Səmərəlilikdə, maştablamada, dayanıqlılıq və təhlükəsizlikdə olan bütün ciddi üstünlüklərindən əlavə, Power platforması lisenziyaların qiymətində məsələn, konsalidasiya, aparat virtuallaşdırması və sadəcə əlavələr arasında aparat resurslarının dinamik avtonom bölgüsünün fantastik çevikliyi hesabına Oracle DB+RAC olduqca böyük qazanc təmin edir. Və söhbət banklardan getdiyi üçün qeyd etmək lazımdır ki, Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika, AGBank, Azərbaycan Respublikasının Mərkəzi Bankı və digərləri əsas maliyyə sistemlərində (Core Bank, Cards Processing System, Internet Banking, Data Warehouse & Analytics) bu platformadan istifadə edirlər.
Aydındır ki, bank sistemi gündəlik həyata keçirilən prosedurların vacibliyini nəzərə alaraq, mütəmadi mükəmməlləşmə və inkişaf tələb edir. İnanmaq istərdik ki, Express Bankın təcrübəsi Azərbaycanda digər banklar üçün yaxşı nümunə və motivasiya olacaq.








