1 C
Baku
Saturday, December 14, 2024

“Fitch” Azərbaycanın bank sektorunu zəif hesab edir

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda problemlərin qaldığını və onun zəif olduğunu qeyd edir. Bu barədə agentliyin məlumatında deyilir.

“Azərbaycanın bank sektoru zəif olaraq qalır ki, bu da Fitch Bank System Indicator (BSI) üzrə “ccc” göstəricisinə uyğundur”, – deyə məlumatda bildirilir.

2018-ci ilin aprel ayında bak sektorunda kapitalın kifayətliliyi göstəricisi 2017-ci ilin sonuna olan 18,4%-dən 17,2%-ə enib (Azərbaycan Beynəlxalq Bankı nəzərə alınmadan), qeyri-işlək kreditlər mayın əvvəlinə 21%-dək artıb, rentabelliklə bağlı problemlər var.

“Fitch”in qiymətləndirmələrinə görə, cari ilin aprel ayında bank sektoru üzrə xalis açıq valyuta mövqeyi (ABB nəzərə alınmadan) 1,5 mlrd. manat (ÜDM-nin 1,8%-i) təşkil edib.

Bununla yanaşı, “Fitch” 2017-ci ildə xarici öhdəliklərin restrukturlaşdırılmasından sonra ABB-nin kapitallaşmasının və aktivlərinin keyfiyyətinin yaxşılaşdığını qeyd edir. “Lakin bu ilin I rübündə bankın $1,2 mlrd. (ÜDM-nin 2,5%-i) məbləğində xalis açıq valyuta mövqeyinin bağlanması Azərbaycan hökuməti üçün əlavə xərclərin yaranmasına səbəb ola bilər”, – deyə məlumatda vurğulanır.*

Son xəbərlər
Digər xəbərlər