Dedektiv dahisinin həyatı ziddiyyətli və qeyri-adi hadisələrlə zəngin olub və biz bu hadisələrin təcəssümünü onun əsərlərində də görə bilərik.
Bir çox istedadlı insanlar kimi, o da disqrafiyadan, yəni yazı yazmaq bacarığının olmamasından əziyyət çəkirdi. Onun bütün əsərləri diktə edilərək yazılmışdı.
Onun ilk əsərini yazmasına səbəb bacısı ilə etdiyi mübahisə olur. Onun bacısı ədəbiyyatşünas idi və Agata bacısının etdiyindən daha dəyərli bir şey etmək qərarına gəlir.
İlk olaraq Agata Meri Klarissa Melloun martin Uest və Martin Grey ləqəblərindən istifadə etməyi qərara almışdı. O belə düşünürdü ki, dedektiv müəllifinin qadın olması oxucularda çaşqınlıq yaradacaq. Lakin daha sonradan o öz həqiqi adını və ilk ərinin soyadı olan Kristi-ni saxlamaq qərarına gəldi.
Agata Kristi Birinci dünya müharibəsi zamanı hərbi hospitalda tibb bacısı işləyirdi. Daha sonradan o aptekdə işləməyə başlayır və burada zəhərli maddələr haqqında çox yaxşı məlumatlar əldə edir. Ola bilsin ki, məhz buna görə onun dedektivlərində zəhər ilə zəhərlənməyə tez-tez rast gəlirik.
1926-cı Kristinin həyatında ən çətin illərdən biri oldu. Məhz bu ildə o sirli şəkildə yoxa çıxmışdı, onun anası rəhmətə getmiş, qardaşı isə narkotiklərdən asılı vəziyyətə düşmüşdü. Bu zaman onun “Rocer Ekroydun qətli” romanı naşirlərin xoşuna gəlməmişdi. Bütün bunlardan sonra Agati yoxa çıxır və onu uzun müddət axtarırlar. Hətta onu tapmaq üçün digər bir britaniyalı detektiv yazıçısı Artur Konan Doyla müraciət edirlər.
Bir müddətdən sonra Agata-nı kiçik bir sanatoriya şəhərciyində tapırlar. Burada o özünü Tereza Nil kimi təqdim edibmiş. Onun yaddaşı çox pis şəkildə pozulmuşdu: o ərini güclə xatırlayır, qızının adını isə ümumiyyətlə xatırlamırdı. Öz doğma bacısını isə yalnızca bir neçə gündən sonra tanıya bilmişdi.
Kristi-nin sözlərinə görə, o uşaqlıqdan gəncliyinə qədər eyni yuxunu görürdü. O daim yuxuda əlləri qabar-qabar, üzü isə dəhşətli ifadəyə malik bir insanı görürdü. Agata onu Qatil insan adlandırırdı, lakin o yuxuda heç vaxt bir dənə də olsa qətl törətməmişdi.
Agata Kristinin müəllifi olduğu əsərlər 2 milyarddan artıq nümunədə satılmış və dünyanın 103 dilinə tərcümə edilmişdir. O Böyük Britaniyanın simvollarından birinə çevrilib. Onun əsərləri İncil və Şekspirin əsərlərindən sonra ən çox satılan əsərlər hesab olunur.