Montenegro Hökuməti sərmayə yolu ilə vətəndaşlığı əldə etmək üçün proqram elan edib.
Proqram 2018-ci ilin oktyabrından fəaliyyətə başlayacaq.
Vətəndaşlığı əldə etmək üçün xarici investorlara bir neçə variant təklif olunacaq, o cümlədən ölkənin inkişaf etmiş sahələrində hökumət tərəfindən təsdiqlənmiş layihələrə 450 min avro, daha az inkişaf etmiş regionların layihələrinə isə 250 min avro investisiya qoyulacaq. Ərizə üçün dövlət xərcləri 100 min Avro təşkil edir. Proqramda iştirak edənlərin sayı 3 il ərzində 2,000 ərizəçi ilə məhdudlaşır.
Proqramın iştirakçıları ərizəni verdikdən bir ay müddətində ölkənin daimi rezidenti statusu alacaqları və 6 aydan sonra – ölkənin vətəndaşlığını alacaqları gözlənilir
Mantenegro pasportu Passports Henley & Partners indeksində 42-ci sırada yer alır. Bu, dünyanın 123 ölkəsinə viza almadan, o cümlədən Şengen zonası daxil olmaqla Rusiya, Ukrayna, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərini ziyarət etməyə imkan yaradır.