Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il iyulun 1-nə 62,4% təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) hesabatında deyilir.
Bu nisbət iyunun 1-də 62,9% olub. Başqa sözlə, iyunda əmanətlərin dollarlaşması 0,5% bəndi azalıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il iyunun 1-nə 73,4% olub.
Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il iyulun 1-nə 8 109,3 mln. manat təşkil edib ki, bunun da 5 060,6 mln. manatı xarici valyutada yerləşdirilib.
– Report