9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycandakı bank və BOKT-ların mərkəzləşmiş borcları azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Azərbaycan Mərkəzi Bankına (AMB) olan məcmu öhdəlikləri 2018-ci il iyulun 1-nə 6 005,9 mln. manat təşkil edib.

AMB-yə istinadən xəbərə görə, öhdəliklərin həcmi iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 8,1 mln. manat və ya 0,14% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin bank və BOKT-lara tələbi 842 mln. manat və ya 12,3% azalıb.

Qeyd edək ki, bankların AMB qarşısında öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib.

– Report

Son xəbərlər
Digər xəbərlər