Nazirlər Kabineti 2010-cu il 28 iyul tarixli qərarla təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”a dəyişiklik edib.
Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən (Benefisiar tərəfindən razılığın alınması qaydası) qaydaların 4.2.5-ci yarımbəndi (əvvəlki benefisiarın kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və digər borcları haqqında məlumat – red) kredit bürosundan benefisiara aid kredit hesabatı, həmçinin benefisiarın kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumatla əvəz edilib.
(Report)